“Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının balansındakı bəzi əmlak və aktivlərin satışı üzrə müsabiqənin qalibi 18 noyabr 2026-cı il saat 11:30-da müəyyənləşdiriləcək.
“Aqrarkredit” BOKT Bakıda dəyəri 1.6 milyon manatdan çox olan əmlaklarını satışa çıxarır - SİYAHI
FED.az xəbər verir ki, qalibin müəyyənləşdirilməsi üçün nəzərdə tutulan müddət müsabiqənin mövcud şərtləri əsasında uzadılıb.
Xatırladaq ki, “Aqrarkredit” QSC balansındakı bəzi əmlakların satışı üzrə müsabiqə keçirmişdir. Müsabiqənin qalibinin müəyyənləşdirilməsi vaxtını 13 noyabr 2026-cı il saat 11:30-a keçirmişdir. Bu vaxt müqavilə şərtlərinə uyğun olaraq yenidən uzadılmışdır.













