Azərbaycanın bank sektorunun lideri, ölkənin ən böyük bankı olan ABB Bank noyabrın 12-də Bakı Fond Birjasında özünün 15 milyon manatlıq istiqrazlarını yerləşdirib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ABB Bank bir gündə iki istiqraz partiyası yerləşdirib, onların həcmi müvafiq olaraq 5 milyon və 10 milyon manat olub.
İstiqrazların şərtləri fərqli olub. Belə ki, 5 milyon manatlıq istiqrazlar hər biri 100 manat nominat qiymətə olmaqla ümumilikdə 50 min ədədlik kağız kimi buraxılıb. Bu istiqrazların tədavül müddəti 1 il, illik gəlirliyi isə 8,5% olub. Şərtlərə görə, bu istiqrazları üzrə faizlər, aylıq ödəniləcək.
Məsələn, 10 000 manatlıq istiqraz alan investorların illik kupon gəliri 850 manat olacaq, və istiqraz sahibləri hər ay 71 manat faiz gəliri əldə edəcəklər.
İnvestorlar bu istiqrazlara böyük maraq göstəriblər. Bakı Fond Birjasından verilən məlumata görə, buraxılış həcmi 5 milyon manat olan istiqrazlara 83 investor tərəfindən 347 sifariş gəlib. Sifarişlərin ümumi məbləği 8 milyon 421 min manat olub ki, bu da buraxılış həcmindən 64% və ya 1,68 dəfə artıqdır.
Eyni gündə ABB Bankın 2-ci, daha böyük həcmli – 10 milyon manatlıq istiqraz buraxılışı yerləşdirilib. İstiqrazlar hər biri nin nominal qiyməti 100 manat olan 100 min ədəd qiymətili kağız şəklində buraxılıb.
Budəfəki istiqrazların dövriyyə müddəti 2 il, illik gəlirliyi 9% təşkil edir. Kupon ödənişləri isə ayda bir dəfə ödəniləcək. Nəticədə istiqrazlara 10 min manat yatınran investor ildə 900 manat, istiqrazların dövriyyədə olduğu ümumi müddət ərzində isə 1800 manat gəlir əldə edəcək.
ABB-nin bu istiqrazlarına da investorların marağı yüksək olub. Belə ki, ümumi məbləği 10 milyon manat olan istiqrazlara 94 investor tərəfindən 223 sifariş verilib. Sifarişlərin ümumi həcmi 13 milyon 751 min manat olub. Başqa sözlə, sifarişlərin həcmi istiqrazların ümumi həcmindən 1,3 dəfə artıq olub.
Hər iki istiqraz buraxılışının anderrayteri ölkənin lider investisiya şirkətlərindən olan «ABB-İnvest İnvestisiya Şirkəti» QSC olub.
Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında “ABB” bankın xalis mənfəəti 352,4 milyon manat təşkil edib. Bu, ABB-nin ilk 3 rübdə əldə etdiyi ən böyük xalis mənfəət göstəricisidir. Hesabat dövrünün sonunda bankın aktivləri 2,5 milyard manat və ya təqribən 20% artaraq 13,6 milyard manatdan 16,1 milyard manata yüksəlib.
Bundan başqa, ABB-nin öhdəlikləri 2,4 milyard manat artaraq 13,8 milyard manata yüksəlib depozit portfeli 2 milyard manata yaxın artaraq ilk dəfə 10 milyardlıq həddi keçib – 10,7 milyard manat.
Nəticədə, bankın kapitalı 3-cü rübün sonuna daha 100 milyon manat artaraq 2,3 milyard manata yüksəlib. Bunun 1 milyard 281 milyon manatı nizamnamə kapitalı, 267 milyon manata ümumi ehtiyatlar, 774 milyon manat isə bölüşdürülməmiş mənfəətdir.
5 milyon manatlıq istiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
|
Emitentin adı |
"AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC |
|
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2010004581 |
|
İstiqrazların növü və forması |
Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar |
|
Ticarət üsulu/forması |
Kütləvi/ Abunə yazılışı |
|
İstiqrazların sayı |
50,000 ədəd |
|
İlkin ticarət qiyməti |
100 manat |
|
İstiqrazların buraxılış həcmi |
5,000,000 manat |
|
Kupon faizi |
8.5% |
|
Ödəmə Periodu |
İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcəkdir |
|
Tədavül müddəti |
1 il |
|
Minimal qiymət |
100 (8.50000%) manat |
|
Maksimal qiymət |
100 (8.50000%) manat |
|
Kəsmə qiyməti |
100 (8.50000%) manat |
|
Ortaçəkili qiyməti |
100 (8.50000%) manat |
|
Reallaşdırılmış həcm |
5,000,000 AZN |
|
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) |
8,421,500 AZN |
|
Abunə yazılışında iştirak etmiş investor sayı |
83 |
|
Sifarişi icra edilmiş investor sayı |
81 |
|
Abunə yazılışında təklif edilmiş sifariş sayı |
347 |
|
İcra edilmiş sifariş sayı |
345 |
|
Anderrayter |
ABB-İnvest İnvestisiya Şirkəti” QSC |
10 milyon manatlıq istiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
|
Emitentin adı |
"AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC |
|
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2011004580 |
|
İstiqrazların növü və forması |
Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar |
|
Ticarət üsulu/forması |
Kütləvi/ Abunə yazılışı |
|
İstiqrazların sayı |
100,000 ədəd |
|
İlkin ticarət qiyməti |
100 manat |
|
İstiqrazların buraxılış həcmi |
10,000,000 manat |
|
Kupon faizi |
9% |
|
Ödəmə Periodu |
İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcəkdir |
|
Tədavül müddəti |
2 il |
|
Minimal qiymət |
100 (9.0000%) manat |
|
Maksimal qiymət |
100 (9.0000%) manat |
|
Kəsmə qiyməti |
100 (9.0000%) manat |
|
Ortaçəkili qiyməti |
100 (9.0000%) manat |
|
Reallaşdırılmış həcm |
10,000,000 AZN |
|
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) |
13,751,700 AZN |
|
Abunə yazılışında iştirak etmiş investor sayı |
94 |
|
Sifarişi icra edilmiş investor sayı |
94 |
|
Abunə yazılışında təklif edilmiş sifariş sayı |
223 |
|
İcra edilmiş sifariş sayı |
223 |
|
Anderrayter |
ABB-İnvest İnvestisiya Şirkəti” QSC |














