Min manatdan “Opel Astra” satışa çıxarılır – HƏRRAC
Dekabrın 16-da, saat 11:00-da 1994-cü il buraxılışlı “Opel Astra” markalı nəqliyyat vasitəsi hərraca çıxarılacaq.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, avtomobilin start qiyməti min manatdan başlayır. Hərracda iştirak etmək üçün 50 manat beh, 5 manat iştirak haqqı tələb olunur.
İkinci dəfə təkrar hərraca çıxarılan avtomobil “Azərterminalkompleks” Birliyinin anbarında yerləşir.
Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər satışa çıxarılan əmlaka sifariş vermək üçün Əmlak Xidmətləri Məkanına müraciət edə bilərlər. Hərraclarda sifariş və digər zəruri sənədləri təqdim etmiş, satılan əmlakın ilkin satış qiymətinin 5% həcmində behi ödəmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.
Sifarişlər Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) hərracın keçirilməsinə ən geci 3 iş günü qalanadək qəbul edilir.













