Azərbaycan Fintex Assosiasiyası İctimayi Birliyi (Azfina)
Aparıcı Mütəxəssis
Son tarix 12 dek 2026 - Müraciət et
Azərbaycan Fintex Assosiasiyası İctimayi Birliyi (Azfina) komandasına Aparıcı Mütəxəssis” vakansiyası üzrə işə qəbul elan edir.
Əsas vəzifə öhdəlikləri
- Assosiasiyanın layihə, proqram, tədbir və digər fəaliyyətləri üzrə iş planlarının və fəaliyyət qrafiklərinin hazırlanmasını, icrasını və monitorinqini həyata keçirmək;
- Müvafiq fəaliyyətlər üzrə iştirakçıların, üzvlərin və tərəfdaşların cəlb edilməsini və müəyyən edilmiş müddətlərə riayət olunmasını təmin etmək;
- Layihə və proqramların icrası zamanı yaranan təşkilati məsələləri, riskləri və gecikmələri müəyyənləşdirmək, onların həlli üzrə müvafiq tədbirlər görmək;
- Assosiasiyanın tədbir, təlim, seminar, işgüzar görüş və maarifləndirmə təşəbbüslərinin təşkilini və həyata keçirilməsini təmin etmək;
- Fintex sektoru üzrə araşdırmaların, analitik hesabatların və digər tədqiqat təşəbbüslərinin icrasını, məlumatların toplanması prosesini və nəticələrin vaxtında hazırlanmasını təmin etmək;
- Layihə və digər fəaliyyətlər üzrə büdcə icrasını və resurslardan istifadəni izləmək, icra vəziyyəti və əldə edilmiş nəticələr barədə rəhbərliyə mütəmadi məlumat vermək;
- Həyata keçirilən fəaliyyətlər üzrə hesabatları, təqdimatları və digər sənədləri hazırlamaq;
- Layihə reyestrini, fəaliyyət və tədbir təqvimini, iş planlarını və müvafiq sənədləri aktual saxlamaq;
- Fəaliyyətlərin nəticələrinin qiymətləndirilməsini, iştirakçı və tərəfdaş rəylərinin toplanmasını və gələcək təşəbbüslərin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq.
Namizədə tələblər
Təhsil və iş təcrübəsi
- Ali təhsil — iqtisadiyyat, biznesin idarə edilməsi, maliyyə, dövlət və ictimai idarəetmə, beynəlxalq münasibətlər və ya əlaqəli sahələr üzrə;
- Layihələrin idarə edilməsi, proqramların koordinasiyası, tədbirlərin təşkili və ya əlaqəli sahələrdə minimum 2 il iş təcrübəsi;
- Layihə planlarının, iş qrafiklərinin və hesabatların hazırlanması üzrə praktiki təcrübə;
- İctimai Birliklərdə tərəfdaşlarla əməkdaşlıq, tədbirlərin təşkili və ya araşdırmaların koordinasiyası sahəsində təcrübə üstünlükdür.
Peşəkar bilik və bacarıqlar
- Layihələrin planlaşdırılması, koordinasiyası və icrasının monitorinqi üzrə biliklər;
- İş planlarının, təqdimatların, hesabatların və rəsmi yazışmaların aparılması bacarığı;
- Microsoft Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
- Məlumatların toplanması, sistemləşdirilməsi və təhlili üzrə bacarıqlar;
- Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- İngilis dilində işgüzar yazışma və peşəkar materiallarla işləmək bacarığı;
- Rus dili və ya digər xarici dilləri bilmək üstünlükdür.
Şəxsi keyfiyyətlər
- Yüksək təşkilatçılıq və koordinasiya bacarığı;
- Planlaşdırma, vaxtın idarə edilməsi və prioritetləri müəyyənləşdirmək bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik və detallara diqqət;
- Müstəqil işləmək və eyni zamanda komanda ilə əməkdaşlıq etmək bacarığı;
- Problemləri müəyyənləşdirmək və praktik həll yolları təklif etmək bacarığı;
- Üzvlər, tərəfdaşlar və müxtəlif maraqlı tərəflərlə peşəkar ünsiyyət qurmaq bacarığı;
- Təşəbbüskarlıq və nəticəyönümlülük.
Biz təklif edirik
- Fintex sektorunun inkişafına töhfə verən layihə və təşəbbüslərdə iştirak;
- Yerli və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq imkanları;
- Peşəkar inkişaf və yeni biliklərin əldə edilməsi üçün imkanlar.
Əmək haqqı: 1000-1500 Azn
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Qeyd: İlkin müraciətlər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.














