Azərbaycanda 25 ildən sonra ilk dəfə - Fermerlərin gəlirlərindən vergi tutulacaq
Azərbaycanda vergi sahəsində qayda-qanın yaratmaq növbəsi gözəllik salonlarına çatıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2027-ci ildən etibarən gözəllik salonlarından verginin fərqli qaydada tutulması gözlənilir. Bu Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə əksini tapıb.
Meyvə alverçilərindən yeni vergi tutulacaq – Məcəlləyə dəyişiklik
Yeniliyə əsasən, gözəllik salonlarında nağd və kartla ödənişə fərqli vergi tətbiq ediləcək.
Beləliklə, Azərbaycanda gözəllik xidmətləri göstərən sahibkarlar üçün yeni sadələşdirilmiş vergi rejimi təklif olunur. Qarşıdakı 5 illik dövrdə nağd dövriyyə üzrə 8 faiz, nağdsız dövriyyə üzrə isə 6 faiz sadələşdirilmiş vergi tətbiq etmək nəzərdə tutulur.
Başqa sözlə, nağdsız ödənişlər üçün vergi dərəcəsi nağd ödənişlərdən 2 faiz aşağı olacaq.
Məsələn, 10 min manatlıq nağd dövriyyəyə 800 manat, eyni məbləğdə nağdsız dövriyyəyə isə 600 manat sadələşdirilmiş vergi hesablanacaq.
ƏDV ödəyicisi olan gözəllik salonlarına da yeni güzəşt təklif edilib. Belə ki, POS-terminal vasitəsilə formalaşan nağdsız dövriyyənin 50 faizinin ƏDV tutulan dövriyyədən çıxılması nəzərdə tutulur.
Bu o deməkdir ki, məsələn, gözəllik salonunun dövriyyəsi aylıq 30 min manatdır. Bunun 10 min manatı nağdsız, yəni kartla, 20 min manatı isə nağd şəkildə kassaya ödənilib.
Bu vəziyyətdə nağdsız ödənilən 10 min manatın yarısı, yəni 5 min manatı ümumi dövriyyədən çıxılır. Nəticədə gözəllik salonu üçün ƏDV məbləği 30 min maat deyil, 25 min manatdan hesablanacaq.
Məcəlləyə dəyişiklik təklif edənlər bildirir ki, yeniliklərin məqsədi gözəllik salonlarında nağdsız ödənişləri artırmaq və əməliyyatların daha şəffaf uçotunu təmin etməkdir.













