ALS Law Company
Korporativ müqavilələr üzrə aparıcı hüquqşünas
Son tarix 12 dek 2026 -
Namizədə tələblər:
- 2 ilədək iş təcrübəsi.
- Ali təhsil (Hüquqşünas ixtisası üzrə);
- Dil bilikləri: Azərbaycan dili (sərbəst), Rus və ingilis di (tələb olunur);
- MS Office proqramlarını ( Word, Excel, Outlook) və ofis avadanlıqlarından istifadəni bilməli;
- Ünsiyyətcil, məsuliyyətli və komandada işləmək bacarığı;
- Biznes etikası və biznes görünüşə sahib olmalı;
- Azərbaycan Respublikasının normativ-hüquqi aktlarını, habelə mülki, mülki-prosessual, əmək, vergi və inzibati hüququnun əsaslarını dərindən bilməli;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirməyə həvəsli olmalı;
- Elektron məhkəmə sistemi ilə işləmək bacarığı;
- Elan xanım namizədlər üçün nəzərdə tutulmuşdur.
İş barədə məlumat:
- Hüquqi sənədlərin (məktub, müqavilə və.s) tərtib edilməsi;
- Şirkətin struktur bölmələrindən daxil olan sorğuların cavablandırılması və zərurət olduqda onlara hüquqi yardım göstərilməsi;
- Sənədlərin hüquqi ekspertizasının həyata keçirilməsi və zərurət olduqda rəy verilməsi;
- Razılaşma üçün şöbəyə təqdim olunan əsasnamə, müqavilə və digər hüquqi xarakterli sənədlərin və onların layihələrinin qanunvericiliyə və daxili normativ sənədlərə uyğunluğunun yoxlanması;
- Korporativ idarəetmə məsələləri ilə bağlı işlərin həyata keçirilməsi, sənədlərin (qərarlar, nizamnaməyə dəyişikliklər və.s) hazırlanması
İş şəraiti
- İş qrafiki: Bazar ertəsi-Cümə;
- Azərbaycan Respublikası Əmək qanunvericiliyinə əsasən rəsmiləşdirmə;
- Əmək haqqı: 1000 Azn (net)
- İş yeri: Ofis
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Namizədlərdən şəkilli CV-lərini yuxarıda qeyd olunan e-mail ünvanına göndərmələrini xahiş edirik.














