“Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı balansındakı bəzi əmlakların satışı üzrə müsabiqə keçirmişdir. Müsabiqənin qalibinin müəyyənləşdirilməsi vaxtını 13 noyabr 2026-cı il saat 11:30-a keçirib.
Mənzillərin təkrar satışında ƏDV yalnız qazancdan hesablanacaq
FED.az xəbər verir ki, müsabiqənin şərtlərinə əsasən, iştirakçılar əmlakın ilkin satış qiymətinin 0,5%-i həcmində beh ödəməli və qiymət təklifini qapalı zərfdə təqdim etməlidirlər. Start qiymətindən yuxarı ən yüksək təklifi verən iştirakçı qalib elan olunur. Qalib əmlakın dəyərini 30 bank günü ərzində tam ödəyəcəyinə dair yazılı zəmanət verməlidir. Alışdan imtina edərsə, beh geri qaytarılmır.
Qeyd edək ki, müsabiqə Maliyyə Nazirliyinin Bakı şəhəri, Səməd Vurğun küçəsi 135 ünvanında keçiriləcək.













