“İcraçı Kredit Agentliyi” MMC (VÖEN: 1700341901) nizamnamə kapitalını azaldıb.
Azərbaycanda 8 milyonluq şirkətin – SƏRMAYƏSİ AZALDILIR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin ümumi yığıncağının qərarına əsasən təşkilatın nizamnamə kapitalı azaldılaraq 239 min 245 manat həcmində müəyyən edilib. Nizamnamə kapitalının nə qədər azaldılması açıqlanmayıb.
Qeyd edək ki, “İcraçı Kredit Agentliyi” MMC 2002-ci ildə yaradılıb. Qanuni təmsilçisi Əliyev Arif Lütvəli oğlu olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi, 574-cü məhəllə, bina 1, mənzil 4 ünvanıdır.













