“Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının balansında olan 7 qeyri-yaşayış sahəsi dekabrın 9-da hərraca çıxarılacaq. Əmlakların ilkin satış qiymətlərinin cəmi 2 mln 490 min 500 manatdır.
“Aqrarkredit” BOKT Bakıda dəyəri 1.6 milyon manatdan çox olan əmlaklarını satışa çıxarır - SİYAHI
FED.az xəbər verir ki, hərrac 9 dekabr 2026-cı il saat 10:00-da başlayacaq. Satışa çıxarılan obyektlərin altısı Bakının Xətai, biri isə Yasamal rayonunda yerləşir. İlkin qiymətlər 171 500 manatdan 563 000 manatadək dəyişir.
Hərrac Əmlak Xidmətləri Məkanında ,Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında, keçiriləcəkdir.
| Ünvan | Sahə (kv. m) | İlkin qiymət (manat) | Beh (manat) |
|---|---|---|---|
| Xətai rayonu, Çingizxan Kərimov küçəsi, giriş 3D | 204 | 510 000 | 2 550 |
| Xətai rayonu, Xudu Məmmədov küçəsi, giriş 178A | 68,6 | 171 500 | 857,50 |
| Xətai rayonu, Çingizxan Kərimov küçəsi, giriş 3A | 105,7 | 264 250 | 1 321,25 |
| Xətai rayonu, Çingizxan Kərimov küçəsi, giriş 3C | 211,5 | 528 750 | 2 643,75 |
| Xətai rayonu, Çingizxan Kərimov küçəsi, giriş 38 | 225,2 | 563 000 | 2 815 |
| Xətai rayonu, Tusi küçəsi, giriş 435D | 115 | 253 000 | 1 265 |
| Yasamal rayonu, Mir Möhsün Nəvvab küçəsi, giriş 42A | 895,4 | 200 000 | 1 000 |













