Azərbaycanda çipsin, həmçinin şirinləşdirilmiş mineral və qazlı içkilərin aksizli mallar siyahısına daxil edilməsi və yerli istehsal üzrə yeni aksiz vergisi dərəcələrinin tətbiqi təklif olunur.
FED.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin 2027-ci ilin büdcə-vergi siyasəti çərçivəsində hazırlanmış vergi dəyişiklikləri layihəsinin təqdimatında bildirilir.
ŞİRİNLƏŞDİRİLMİŞ İÇKİLƏRƏ HƏR LİTR ÜZRƏ 10 QƏPİK AKSİZ
Təklifə əsasən, şirinləşdirilmiş mineral və qazlı içkilərin aksizli mallar siyahısına daxil edilməsi nəzərdə tutulur.
Yerli istehsal üzrə həmin içkilərin hər litrinə 0,10 manat aksiz vergisinin tətbiqi təklif edilir.
ÇİPSİN HƏR KİLOQRAMINA 1 MANAT AKSİZ
Layihədə çipsin də aksizli mallar siyahısına daxil edilməsi təklif olunur.
Yerli istehsal üzrə çipsin hər kiloqramına 1 manat aksiz vergisinin tətbiqi nəzərdə tutulur.
DƏYİŞİKLİKLƏRDƏN GÖZLƏNİLƏN NƏTİCƏ
Dövlət Vergi Xidmətinin təqdimatında yeni aksiz vergilərinin tətbiqindən gözlənilən nəticələr də açıqlanıb.
Bildirilib ki, məqsəd zərərli məhsulların istehlakının azaldılması yolu ilə əhalinin sağlamlığının qorunması və vergitutma bazasının genişlənməsi hesabına büdcə gəlirlərinin artırılmasıdır.













