Noyabrın 5-də Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Legion Financial” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.
FED.az biznes və maliyyə xəbərləri portalı BFB-yə istinadən xəbər verir ki, qeyd olunan AZ2005025468 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac noyabrın 12-də yekunlaşıb.
Məlumata görə, söhbət 10 min ədəd, hər birinin nominal dəyəri 100 manat olan 1 milyon manatlıq faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazlardan gedir. 52 investor 100 min manatlıq 52 sifariş verib. İstiqrazların tədavül müddəti 12 aydır, istiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcək.
İstiqrazların anderrayteri “Troni İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
|
Emitentin adı |
"Legion Financial” ASC |
|
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2005025468 |
|
İstiqrazların növü və forması |
İstiqrazlar faizli, təmin edilməmiş sənədsiz adlı |
|
Ticarət üsulu/forması |
Kütləvi / Birqiymətli hərrac |
|
İstiqrazların sayı |
10,000 ədəd |
|
İlkin ticarət qiyməti |
100 manat |
|
İstiqrazların buraxılış həcmi |
1,000,000 manat |
|
Kupon faizi |
16% |
|
Ödəmə Periodu |
İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcəkdir |
|
Tədavül müddəti |
12 ay |
|
Hərrac qiyməti* |
100 manat |
|
Reallaşdırılmış həcm |
1,000,000 manat |
|
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) |
1,000,000 manat |
|
İnvestor sayı |
52 |
|
Sifariş sayı |
52 |
|
Anderrayter |
"Troni İnvestisiya Şirkəti” QSC |














