Noyabrın 5-də Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Legion Financial” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.
FED.az biznes və maliyyə xəbərləri portalı BFB-yə istinadən xəbər verir ki, qeyd olunan AZ2005025468 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac noyabrın 12-də yekunlaşıb.
Məlumata görə, söhbət 10 min ədəd, hər birinin nominal dəyəri 100 manat olan 1 milyon manatlıq faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazlardan gedir. 52 investor 100 min manatlıq 52 sifariş verib. İstiqrazların tədavül müddəti 12 aydır, istiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcək.
İstiqrazların anderrayteri “Troni İnvestisiya Şirkəti” QSC-dir.














