Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda nağdsız qaydada daşınmaz əmlak alanlara 29 milyon 792,3 min manat əlavə dəyər vergisi (ƏDV) geri qaytarılıb.
ƏDV ödəyicisi olmayan obyektlər də ƏDV qaytaracaq - "VERGİ KƏŞBƏKİ" GƏLİR
FED.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə. Azərbaycanda bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan istehlakçılara qaytarılması ilə bağlı layihə uğurla davam etdirilib.













