Company
Layihə rəhbəri
Son tarix 09 avq 2024 - [email protected]
İşin təsviri:
- Müəyyən edilmiş büdcə, plan, keyfiyyət standartları və müştəri tələblərinə görə layihənin idarə edilməsi;
- Hazırlanan hesabatlar ilə əlaqədar işin həcmini , maliyyə ehtiyacı və layihə sonu proyeksiya ehtimalları ilə layihənin hazırlanması zamanı ortaya çıxa bilən səhvləri müəyyən edərək lazımi tədbirlərin alınmasını təmin etmək;
- Layihə üzrə şirkəti təmsiletmə, o cümlədən müştəri, məsləhətçi, subpodrat və dövlət qurumları ilə olan münasibətlərin tənzimlənməsi;
- Layihə üçün lazımı işçi qüvvəsi, avadanlıq və mal – materialların müəyyən edilməsi;
- Layihənin icrası prosesində yaranmış hər hansısa bir dəyişiklik və ya problemlə bağlı memar və sifarişçi arasında düzgün koordinasiyanın qurulması və mövcud problemin həlli;
- Tikinti layihəsinə cəlb edilmiş podratçı və subpodratçı firmaların gördüyü işlərin müəyyən edilmiş vaxt çərçivəsində təhvil verilməsinə nəzarət edilməsi;
- Layihə ilə bağlı gündəlik hesabatların rəhbərliyə təqdim edilməsi;
- Ondan asılı olan layihə və ya layihələrin baş planı, büdcə və iş proqramlarının hazırlanması, lazım olduğu təqdirdə təftiş edilməsi, bunların icrasına nəzarət etmək və rəhbərliyə hesabat vermək;
- Gündəlik hesabatların hazırlanması və əlaqəli şəxslərə çatdırılmasını təşkil etmək.
Ümumi tələblər:
- Tikinti layihələrinin idarəedilməsi sahəsində azı 7-8 il iş təcrübəsi;
- Mühəndislik ixtisası üzrə ali təhsil;
- Dil bilikləri: Azərbaycan dili-səlis, Rus dili-səlis, İngilis dili-yaxşı;
- Kompüter bacarıqları: MS Office, Autocad;
- Tikinti normalarına və layihə idarəedilməsinə dair biliklər;
- PMP və ya digər oxşar sertifikatların olması arzuolunandır;
- Yüksək səviyyədə ünsiyyət və idarəetmə bacarığı;
- Ezamiyyətlərə açıq olmaq.
İş şərtləri:
- İş qrafiki: I-V günlər
- İş saatı: 09:00-dan 18:00
- Əmək haqqı: 4000-5000 azn
Yalnız tələblərə uyğun olan namizədlər CV-ni e-mail ünvanına “Layihə rəhbəri” qeyd edərək göndərsinlər.