Türkiyənin Kastamonu əyalətində hazırlanan turş plova Dubayda alıcı tapılıb.
FED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kastamonu ərazisində məşhur olan yerli bulğurdan hazırlanmış və və paketə qablaşdırılan turş düyü Dubaydakı otelə göndərilib.
Qey dedək kİ, Kastamonuda hələ 10 min il əvvələ aid olan və «Hit buğdası» adı ilə tanınan bulğurdan bölgəyə xas turş plov hazırlanır.
Bu Türkiyə Daxili İşlər Nazirliyinin Vətəndaş Cəmiyyəti ilə Əlaqələr Baş İdarəsi Layihəyə Dəstək Sistemi çərçivəsində Kastamonu Əl İşçi Sənəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən «Təbiətdən Şəfa, İşçi Qadın Layihəsi» çərçivəsində baş tutub. Plovu hazırlayan «Yerli Zövqlər» Qadın Kooperativi, Kastamonu Əlləri Sənət Dərnəyi və Devrekani Bələdiyyəsi ilə birlikdə çalışır.
Hazırlanmış və qablaşdırılmış turş plov bölgədəki müəssisələrlə onlayn satışa çıxarılıb. İlk olaraq 500 bağlama Dubaydakı otelə göndərilib. Kastamonu İncəsənətlə İşləyən Əllər Dərnəyinin prezidenti Mine Telli bildirib ki, bölgəyə gələn qonaqlar tez-tez evdə sevdikləri turş plovu necə bişirəcəklərini soruşurlar.
Turistlərə hazırlanma üsulu izah edilsə də, onlar lazımi ərzaqları tapa bilmədiklərinə görə bu baş tutmurdu.
Məsələnin həlli yolu kimi, paketlə satılma qərara alınıb. «Paketin içində 8 komponent var- bulgur, soğan və pomidor qranulları, üzüm yarpağı, gicitkən, nanə, emə-kümənci və şüyüddən ibarətdir. Buradakı bütün otlar qurudulmuş şəkildə istifadə olunur. Tərkibində heç bir əlavə yoxdur. Əsas məqsədimiz qadınlarımızın az da olsa məşğulluğuna töhfə verməkdir»-deyə layihə rəhbəri bildirib.