«All inclusive» - «hər şey daxil» prinsipi ilə işləyən türk otelləri bu il müştərilərə sürpriz hazırlayıblar. FED.az xəbər verir ki, Türkiyə otellərində yeni başlayan «Narıncı bayraq» layihəsi səbəbindən bu il turistlər yemək toplayarkən əvvəlki illərdəki kimi israfçılıq edə bilməyəcəklər.
Türkiyənin “All inclusive” sistemi ilə işləyən otellərinin başladığı «Narıncı bayraq» layihəsinin əsas məqsədi ərzaq məhsullarının tullantılarını azaltmaqdır. Layihənin təşəbbüskarı Ali Akuna bildirib ki, Antalyada istirahət edən turistlər boşqablarda çoxlu sayda yemək qalıqları saxlayırlar.
Türkiyədə ərzaq tullantıları böyük problem sayılır. Belə ki, hər il Türkiyədə 18 mln ton meyvə və tərəvəz, 4,9 mln ton isə çörək qırıntıları tullanır ki, onların dəyəri 214 milyard lirə təşkil edir.
Eləcə də bax: "Rüsumların artırılması turizmin inkişafına birbaşa əngəldir" - EKSPERT
Türkiyə mediyasının məlumatına görə, bu layihəyə ölkədə 250 hotel qoşulacaq.
Bu məqsədlə, əvvəla otellərdəki boşqablar kiçildiləcək, otelçilər hesab edir ki, iri boşqablar turistləri daha çox yemək toplamağa həvəsləndirir. Kiçik boşqablar isə tez dolduğundan bunun qarşısı alınacaq.
Otellərdə balaca boşqablarda az yemək götürən turistlərə təriflər deyiləcək, həmçinin turistlərin yeməyəcəyi yeməkləri götürməməkləri barədə məlumatlandırıcı stendlərin olacağı bildirilir.
Qeyd edək ki, səyahət zamanı, xüsusilə də Türkiyə otellərinə ərzaq israfçılığı geniş yayılıb. Xüsusilə «all inclusive» sistemi ilə işləyən otellərdə ödənişə yemək xərci də daxil olduğuna görə, turistlər bu imkandan maksimum faydalanmağa çalışır – böyük həcmdə qidalar götürür, amma bir qayda olaraq onların bir hissəsi yeyilməyərək tullantı kimi atılır.
Türk otelçilərini də narahat edən budur. Onların sözlərinə görə, yeni layihə əslində son vaxtlar bütün dünyada sürətlə yayılan «ağıllı və ekoloji istehlak» trendinə uyğundur. Otellərin bir hissəsi həmin üsuldan çoxdan istifadə edirlər, özü də bu təkcə ərzağa aid deyil. Məsələn, otellərdə ağlar və dəsmallar, əvvəlki kimi heç də hər gün dəyişdirilmir və sair.