Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Turizm Agentliyi tərəfindən "Turizm biznesi forumu-mövcud vəziyyət və perspektivləri" mövzusunda forum keçirilib. FED.az xəbər verir ki, Forumda çıxış edən Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, Milenium Konqres Turizm şirkətinin rəhbəri, turizm mütəxəssisi Ruslan Quliyev hazırda turizm ictimai təşkilatlarının maliyyə vəziyyətinin heç də yaxşı olmadığı vurğulayıb.
Eləcə də bax:Turizm şirkətlərinə vergi güzəştləri veriləcək - TƏKLİFLƏR GƏLDİ
"Bu gün dövlət özəl sektor əməkdaşlığı olmadan Azərbaycanda turizmin inkişafı sual altındadaır. Bu il aprel ayında keçirilən tədbirdən sonra bizim səsimizə KOBİA və Dövlət Turizm Agnetliyindən başqa hər hansı dövlət qurumundan səsimizə səs verilmədi. Sanki biz başqa işlərlə məşğul oluruq bəzi dövlət qurumları buna reaksiya vermirlər” – deyə Ruslan Quliyev bildirib.
Eləcə də bax:Azərbaycanda Turistlərə - YARDIM MƏRKƏZİ YARADILACAQ
“Maliyyə resurslarına çıxış məsələsinə, diqqətinizi yönəltmək istəyirəm. Azərbaycan ənənələrlə dolu bir ölkədir. Son dövrlərə baxsaq turizmin tarixində bir inkişaf var.Hazırda ictimai qurumların vəziyyəti pisdir. Bu günləri biz könüllü fəaliyyət göstəririk. Hamımız da eyni zamanda hansısa bir kommersiya qurumlarının nümayəndələriyik. Vəziyyətimiz yaxşı deyil. Çünki dəstəklər kampaniya xarekterlidir. Starteji plan olmalıdı. İl ərzində çoxlu sayda tədbirlərimiz olur. Nə vaxta qədər biz “Millenium”, “Smart” və digər şirkətlərin qazancını ictimai təşkilatlara qoyacayıq. Özümüz-özümüzü aldadırıq. Mən komersant olmasaydım və təşkilatlar üzvlərinin fədakarlığı olmasaydı fəaliyyət göstərə bilməzdik. Əsas inkişaf bizim birgə fəaliyyətimizdədir” –deyə assosiasiya rəhbəri əlavə edib.
“Biz sahibkarlar bilmək istəyirk ki, strateji yol xəritəsinin turizmlə bağlı icra vəziyyəti nə yerdədir. Cənab prezidentə bu hesabat verilibmi, verilməyibmi? Sahibkarlar bilmək istəyir ki, 2020-ci ildə ümumdaxili məhsula bunun təsir gücü nə qədər olub. Nə qədər olacaq? Bilirsiz ki, biz Strateji Yol Xəritəsinə olan plana görə, ən çox turist qəbul edən ölkələr arasında top-20-liyə daxil olmalıyıq. İndi biz neçədəyik?bütün bu suallara cavab axtarırıq”- deyə Ruslan Quliyev bildirib.
Turizm sahəsində fəaliyyət göstərən ictimai təşkilatlara dəstək mövzusunda çıxış edən Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının sədri Samir Dübəndi də Ruslan Quliyevin sözləri ilə həmfikir olub.
“Biz öz gücümüzə çalışırıq. Öz assosiasiyamızı misal gətirim. 2009-cu ildən fəaliyyət göstəririk. Mən də öz evimi ofis etməkdən və bütün xərcləri öz cibimdən qarşılmaqdan yorulmuşam. Mən də komersant olmasam bu assosiasiya fəaliyyət göstərə bilməz. Bu gün yeni bir tendensiya var. Dövlət qurumlarının tövsiyyəsi ilə yeni ictimai qurumlar yaranırlar. Tarixi olan qurumlara daha az diqqət yetirilir. Nə qədər çox ictimai birliklər olsa o qədər hamının xeyrinədir”-deyə Samir Dübəndi bildirib.