İyunun 29-da Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Rusiya turizm şirkətləri ilə onlayn görüş keçirilib.
Rusiyanın daha bir şəhərindən Bakıya aviareyslər bərpa olunur
FED.az xəbər verir ki, Moskva, Sankt-Petersburq, Yekaterinburq və Kazan şəhərlərindən olan turizm şirkətləri ilə ümumilikdə 100-ə yaxın onlayn görüş keçirilib.
Görüşlərdə pandemiya dövründə Azərbaycana səfər edən əcnəbilər üçün görülmüş hazırlıq işləri, Rusiya vətəndaşlarının Azərbaycana səfəri zamanı tələb olunan prosedur və qaydalar, həmçinin iki ölkə arasında yeni açılmış aviauçuşlar barədə məlumat verilib.
Azərbaycanda yaradılmış yeni turizm marşrutları və yeni istifadəyə verilmiş hotellərdən də danışılıb, həmçinin bu istiqamətdə şirkətlər arasında ikitərəfli tərəfdaşlığın qurulması məsələləri müzakirə olunub.
Qeyd edək ki iyunun 10-dan etibarən Rusiya Federasiyası vətəndaşları müəyyən olunmuş şərtlər daxilində hava yolu ilə Azərbaycan ərazisinə səfər edə bilərlər.