"Biz öyrəşmişik ki, mədəniyyət sektoru dövlətin çiyinləri üstündə olsun. Amma dünya təcrübəsində mədəniyyət sektoru dövlətə gəlir gətirir".
Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. O bildirib ki, mədəniyyət sektoru büdcəyə gəlir gətirməlidir: "Mədəniyyət sektorunun imkanlarının genişləndirilməsi turizm axınının güclənməsinə təkan verəcək".
Nazir qeyd edib ki, muzeylər insanlara açıq olmalı, qoruq işi təkmilləşdirilməlidir: "Əfsuslar olsun ki, bəzi dəllallar turizmdən gəlir əldə etmək istəyirlər. Lakin bu, dəllallıqla deyil, bacarıqla, dünyada qəbul olunmuş vasitələrlə edilməlidir".
Nazirdən "turizm dəllalları"na XƏBƏRDARLIQ
11:30
4 Aprel 2018