2023-cü ilin 6 ayında Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 45.7% artaraq 1.1 milyard dollar təşkil etmişdir.
Azərbaycana daxil olan valyuta çıxanı üstələyib - TƏDİYƏ BALANSI AÇIQLANDI
FED.az xəbər verir ki, bu, Mərkəzi Bankın açıqladığı 2023-cü ilin 6 ayı üzrə Azərbaycan Respublikasının tədiyə balansıında bildirilir.
Qeyd edilib ki, hesabat dövründə turizm xidmətləri üzrə ixracın (589.4 milyon dollar) idxalı (488.2 milyon dollar) üstələməsi nəticəsində 101.2 milyon dollar həcmində profisit yaranmışdır.
Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 16.3%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 43.9% artmışdır.
Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 488.2 milyon dollar olmuşdur. Bunun 71.5%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olmuşdur (məkik idxal üçün vəsaitlər istisna olmaqla). (Marja)