Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi “Zərdab Rayonu, Dəliquşçu Kənd 264 Şagird Yerlik Tam Orta Məktəbin Tikinti İşlərinin Satınalınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “İnşaat Servis-X” MMC olub.
Şirkətlə 5 298 315 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “İnşaat Servis-X” MMC 2006-cı ildə yaradılıb, nizamnamə kapitalı 20 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Elxan Əsədov Böyükbala oğludur. Hüquqi ünvanı Az1141, Bakı Şəhəri Yasamal Rayonu, Zahid Xəlilov, ev 43, m. 32 ünvanında yerləşir.