Qusar Rayon İcra Hakimiyyəti başçısının Aparatı “Azərmaş” MMC ilə müvafiq müqavilə bağlayıb.
FED.az Banker.az-a istinadən xəbər verir ki, müqavilədə minik avtomobillərinin satınalınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 180 min manatdır.
“Azərmaş” ASC 15 noyabr 2017-ci il tarixində Azərbaycanda avtomobil sənayesinin qurulması və inkişaf etdirilməsi məqsədilə yaradılıb. İlk olaraq Neftçala Sənaye Məhəlləsində “Xəzər” avtomobillərinin istehsalı zavodu qurulub.