Azərbaycan Mərkəzi Bankı (VÖEN: 9900071001) XSOAR təhdid kəşfiyyatının idarə edilməsi sisteminin, virus və təhdidlərə qarşı aşkarlama və reaksiya sisteminin (XDR) dəstəklənməsinin satın alınması ilə bağlı keçirdiyi tenderin nəticəsini açıqlayıb.
AYNA 29 milyon manatlıq tenderə cəmi 7 gün vaxt verdi - QALİB ŞİRKƏT BÖYÜK SİFARİŞ ALDI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin qalibi “Smartit” MMC (VÖEN: 2003634151) olub. Tərəflər arasında imzalanmış satınalma müqaviləsinin dəyəri 625 min 614 manat təşkil edib.
Qeyd edək ki, qalib şirkət 2015-ci ildə VÖEN alıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Abdullayev Nicat Vaqif oğludur. Şirkətin qanuni təmsilçisi Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov, ev.6, m.6 ünvanıdır.
Məlumat üçün bildirək ki, “Smartit” MMC bu ilin birinci yarısında müxtəlif qurumlar tərəfindən keçirilən 9 tenderin qalibi olub və tərəflər arasında ümumi dəyəri 2 milyon 188 min 827 manat olan müqavilələr imzalanıb.
Şirkətin qalibi olduğu tenderlər haqqında daha ətraflı:
|
S/N |
Satınalan təşkilatın adı |
Satınalma predmeti |
Təklifin qiyməti |
Yekunlaşma tarixi |
|
|
|
1 |
Azərbaycan Mərkəzi Bankı |
XSOAR təhdid kəşfiyyatının idarə edilməsi sisteminin, virus və təhdidlərə qarşı aşkarlama və reaksiya sisteminin (XDR) dəstəklənməsinin satın alınması |
625 615 AZN |
30.06.2026 |
|
|
|
2 |
"İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi" PHŞ |
Dinamik Tətbiq Təhlükəsizliyi Testi (Dynamic Application Security Testing - DAST) mövcud proqram təminatına lisenziyanın satın alınması |
120 882 AZN |
22.05.2026 |
|
|
|
3 |
Milli Depozit Mərkəzi |
Mövcud Palo Alto təhlükəsizlik avadanlıqlarının dəstəklənməsi və lisenziyalarının yenilənməsi |
54 574 AZN |
20.05.2026 |
|
|
|
4 |
Dövlət Miqrasiya Xidməti |
Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin artırılmasını təmin edən "PaloAlto-PA-3220" avadanlıqları üçün dəstək lisenziyalarının müddətlərinin uzadılmasının satınalınması |
130 123 AZN |
30.06.2026 |
|
|
|
5 |
"Regional Su Meliorasiya Xidməti" PHŞ |
İnformasiya təhlükəsizliyi avadanlıqlarının satın alınması |
531 394 AZN |
30.06.2026 |
|
|
|
6 |
"İnnovasiya və Təchizat Mərkəzi" PHŞ |
“İnformasiya tәhlükәsizliyi üzrә proqram təminatı lisenziyalarının uzadılması"nın satın alınması |
240 079 AZN |
14.05.2026 |
|
|
|
7 |
"Azərbaycan İnvestisiya Holdinqi" PHŞ |
Təhlükəsizlik divarı (Firewall) avadanlığının funksional abunəliklərinin müddətinin uzadılması xidməti |
18 250 AZN |
29.01.2026 |
|
|
|
8 |
"Bakı Metropoliteni" QSC |
İnformasiya təhlükəsizliyinin gücləndirilməsinə dair xidmətin satın alınması |
308 881 AZN |
16.01.2026 |
|
|
|
9 |
Milli Depozit Mərkəzi |
İT təhlükəsizliyi üçün proqram təminatının alınması və quraşdırılması, konfiqurasiyası, inteqrasiyası və texniki dəstək xidmətinin satın alınması |
159 029 AZN |
13.01.2026 |
|
|
|
CƏMİ - 2 188 827 AZN |
|
|||||















