Azərbaycan Mərkəzi Bankı (VÖEN: 9900071001) tender elan edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tender çərçivəsində 933 nəfər əməkdaş üçün standart, 23 nəfər əməkdaş üçün VİP paket sığorta xidmətinin və 598 nəfər əməkdaşların ailə üzvü üçün standart, 21 nəfər əməkdaşın ailə üzvü üçün VİP sığorta paketinin alınması nəzərdə tutulur.
Tenderin ehtimal olunan qiyməti 1 milyon 51 min manat təşkil edib. Bir nəfər üçün orta ehtimal olunan qiymət 667 manat təşkil edir.
Tenderdə iştirak haqqı 600 manat, istifadə haqqı 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Şəhriyar İmanov - Böyük mütəxəssis / [email protected] / +994 12 493 50 58
Qeyd edək ki, Mərkəzi Bank tibbi sığorta xidmətinin satın alınmasına ötən il 870 min 938 manat, 2024-cü ildə isə 818 min 96 manat vəsait ayrılıb. 2024 və 2025-ci illərdə Mərkəzi Bankın əməkdaşlarının tibbi sığortasını "PAŞA Sığorta" ASC (VÖEN: 1400837161) edib.













