Azərbaycan Respublikasının Mərkəzi Bankı "Toyota Bakı Mərkəzi" MMC ilə yeni satınalma əməliyyatı həyata keçirib.
Milli Məclis 147 min manatlıq hədiyyələr hazırladır - TENDER ELANI
FED.az xəbər verir ki, AMB "Toyota" markalı nəqliyyat vasitəsinin alınması üçün bu şirkətlə müqavilə bağlayıb.
Rəsmi məlumatlara əsasən, bu satınalma üzrə ödənilən məbləğ 205.700 AZN təşkil edir. Bu alışın konkret hansı model avtomobili əhatə etdiyi açıqlanmasa da, məbləğin yüksəkliyi premium və ya xüsusi təyinatlı avtomobilin alındığını göstərir.
Qeyd edək ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).