Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2024-cü il üzrə olan müvafiq dövlət proqramlarının öhdəlikdə olan bəndlərinin icrası məqsədilə və fəaliyyət istiqamətindən irəli gələn əlamətdar günlər üzrə tədbirlərin təşkilinin satın alınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Ukrayna Ticarət Evi” MMC olub.
Qalib şirkətə 2 349 504 manat ödəniləcək.
Qeyd edək ki, “Ukrayna Ticarət Evi” MMC 2018-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Əlibala Məhərrəmzadə Səttar oğludur. Hüquqi ünvanı AZ1007, Bakı Şəhəri Nəsimi Rayonu, Xan Şuşinski, Ev 48, M2, m. 1 ünvanında yerləşir.