Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi (VÖEN: 1400043501) tender elan edib.
Gəncədə yolların təmirinə 5 milyon xərclənəcək – ƏTRAFLI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tender çərçivəsində eespublika mühafizə hissələrinə xidməti istifadə üçün 20 avtomobilin satın alınması nəzərdə tutulur. Tenderin ehtimal olunan 1 milyon 214 min 810 manat, bir avtomobil üçün ehtimal olunan qiymət 60 min 740 manatdır.
Tenderdə iştirak haqqı 600 manat, istifadə haqqı 25 manatdır.
Əlaqələndirici şəxs: Əli Pənahov / inspektor / [email protected] / +994 50 629 94 50
Avtomobilin minimum tələbləri və texniki göstəriciləri:
Ban (Kuzov) növü: pikap,
Yanacaq növü: dizel,
Buraxılış ili: 2026,
Yürüş: 0 km,
Sürətlər qutusu: mexaniki minimum 6 pilləli,
Drive Type: tam ötürücü 4x4,ən azı arxa diferansialın kilidi olmalıdır sürüşmənin qarşısın alınması üçün, aşağı sürətli tam ötürücü rejimi 4L olmalıdır.
Mühərrik həcmi: ən azı 2,0 L ən çoxu 3,5 L,
Qapı sayı: 4, Silindir: ən azı 4,
At gücü: ən azı 160 HP,
Rəng: ağ,
Təkər bazası oxlar arası məsafə: ən azı 3300 mm.
Uzunluq: ən azı 5500 mm
Eni: ən azı 1800 mm,
Yük qutusunun ölçüləri: uzunluq ən azı 1800mm, eni 1500mm, hündürlüyü 450 mm.
Təkər ölçüsü: minimum 265/60 R18 (Tam ölçülü ehtiyat təkərdə olmalıdır),
Oturacaqların sayı: 5 yerlik 2 sıralı 4 qapılı.
Yanacaq çəninin həcmi (litr): ən azı 65 litr
Təhlükəsizlik: ABS, EBD (Electronic Brakeforce Distribution), ESP, HAC yoxuşda hərəkətə başlama köməkçisi, elektrik qapı kilidli qapılar, Sürücü və sərnişin hava yastığı, Uşaq təhlükəsizlik kilidli qapılar, elektron əl əyləci, arxa park radarı, kruiz kontrol, auto hold avtomatik tormozlama sistemi.
Rahatlıq və əlçatanlıq: LCD display, Bluetooth, elektrikli tənzimlənən güzgülər, hidravlik multifunksional sükan, arxa görüntü kamerası, mobil telefonlar üçün simsiz şarj yeri ən azı bir telefon üçün.
Xarici:Elektrik şüşələr, led faralar və duman əleyhinə işıqlar
Təhcizat: İstilik sistemi, kondisioner, süni dəri oturacaqlar qara rəng, Təklif formalaşdırarkən daşınma və DYP də qeydiyyat və nömrə xərcləri qiymətdə nəzərə alınmalıdır.həmin xərclər təchizatçının vəsaiti hesabına ödəniləcək. ən azı 3 il və ya 100 000 km zəmanət verilməlidir.
Qiymətə avtomobillərə vinilin (xüsusi qrafikalı rəngli sxemlər, yazılar və tanınma nişanları) çəkilməsi daxil edilməlidir. Minimum texniki spesifikasiyalara cavab verən, habelə həmin göstəricilərdən daha üstün texniki xüsusiyyətlərə malik təkliflər də uyğun hesab edilir və qiymətləndirilməyə qəbul olunur.














