İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi MMC AZ1029, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Heydər Əliyev prospekti 155 ünvanında yerləşən inzibati binada xidmətlərin göstərilməsi üzrə tenderin qalibi açıqlanıb.
Nazirlik nəqliyyat vasitələrini təmir etdirir - TENDER - ŞƏRTLƏR
FED.az xəbər verir ki, 2 743 792 manatlıq tenderin qalibi “Azservis” QSC-dir.
Xatırladaq ki, “Azservis” QSC bundan əvvəl "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin Sumqayıt Kimya və Pirallahı Sənaye Parklarının rezidentlərinin fəaliyyətinin təmin olunması üçün inşa olunmuş daxili və xarici mühəndis-kommunikasiya xətlərinə texniki xidmətlərin göstərilməsi işlərinin satın alınması üzrə 564 240 manatlıq tenderini qazanıb (25.11.2021)