"Rəvan Sığorta" ASC hüquqşünas vəzifəsinə işçi qəbulu elan edib.
Namizədlər 21-35 yaşında, ali hüquq təhsilli olmalı, ofis proqramlarında işləməyi bacarmalı, qanunvericiliyi bilməlidir. Hüquq sahəsində azı 1 il iş təcrübəsi də tələb olunur.
Vəzifə öhdəlikləri şirkətin hüquqi və qanuni maraqlarının etibarnamə əsasında məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərin qarşısında müdafiəsinin təmin etmək, şirkətə daxil olan hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavablar hazırlamaq, şirkətin fəaliyyəti dövründə Subroqasiya hüququ yaradan bütün məsələləri araşdırmaq və həlli işini təşkil etmək, sığorta hadisəsi ilə əlaqədar zəruri olan məktubları tərtib etmək, qüvvədə olan qanunvericiliyin tətbiqi sahəsində yaranan mübahisəli məsələlərin araşdırılması məqsədilə aidiyyatı dövlət orqanlarına sorğu vermək, şirkətlə tərəf-müqabilləri arasında bağlanan müqavilələrin layihələrini hazırlamaq, təqdim edilən müqavilə layihələrini təhlil etmək və rəy verməkdir.
İş yeri Bakıdadır. İş vaxtı həftənin 5 günü, saat 09:00-dan 18:00-a qədərdir. Arzu edənlər CV-lərini fevralın 14-nə qədər [email protected] elektron poçt ünvanına göndərə bilərlər.