Ölkənin aparıcı sığorta şirkətlərindən olan “Meqa Sığorta” ASC-nin bu ilin üçüncü rübünə olan maliyyə vəziyyəti açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında şirkətin gəlirləri 28,1 milyon manat, xərcləri 24,9 milyon manat təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə şirkətin gəlirləri 2,2 milyon manat (8,5%), xərcləri 2,7 milyon manat (12,2%) artıb.
Gəlirlərin – 27,3 milyon manatı əsas əməliyyat gəlirlərinin, 3,1 milyon manatı investisiya gəlirlərinin, 447,5 min manatı digər gəlirlərin payına düşüb.
Xərclərin – 15,2 milyon manatı əməliyyat xərclərinə, 9,7 milyon manatı işlərin aparılması xərclərinə, 53,8 min manatı digər xərclərə sərf olunub.
Hesabat dövründə ASC-nin maliyyə mənfəəti 3,2 milyon manat, mənfəət vergisi xərci 441,2 min manat olub. Yekunda şirkətin xalis mənfəəti 2,8 milyon manat təşkil edib.
2026-cı ilin üçüncü rübünün sonunda “Meqa Sığorta” ASC-nin cəmi aktivləri 60,4 milyon manata bərabər olub. Aktivlərin həcmi ilin əvvəlindən bəri 2,9 milyon manat (5%) artıb. Aktivlərin 2 milyon manatı pul vəsaitləri və onların ekvivalentlərinin, 46,3 milyon manatı investisiya aktivlərinin, 9,2 milyon manatı debitor borclarının, 685 min manatı torpaq, tikili və avadanlıqların payına düşüb.
Bəhs olunan dövrün sonunda sığorta şirkətinin öhdəliklərinin həcmi 30,2 milyon manat olmaqla, son 9 ayda 2,5 milyon manat (9%) artıb. Öhdəliklərdə - sığorta ehtiyatları 25,8 milyon manat, kreditor borcları 4 milyon manat, digər öhdəliklər 406,7 min manat paya sahib olub.
Nəticə olaraq, 2026-cı ilin üçüncü rübünün sonunda “Meqa Sığorta” ASC-nin cəmi kapitalı 30,2 milyon manat olub. Bu, ilin əvvəlinə nəzərən 467 min manat (1,6%) daha çoxdur. Kapitalın 23 milyon manatı nizamnamə kapitalının, 7,2 milyon manatı bölüşdürülməmiş mənfəətin payına düşür.










![“Meqa Sığorta”dan 2,8 milyon manat mənfəət – [red]AKTİVLƏRDƏ VƏ KAPİTALDA ARTIM – HESABAT[/red] | FED.az](/upload/news/small/2113503.jpg)
![“Meqa Sığorta”dan 2,8 milyon manat mənfəət – [red]AKTİVLƏRDƏ VƏ KAPİTALDA ARTIM – HESABAT[/red] | FED.az](/upload/news/small/1019925.jpeg)
![“Meqa Sığorta”dan 2,8 milyon manat mənfəət – [red]AKTİVLƏRDƏ VƏ KAPİTALDA ARTIM – HESABAT[/red] | FED.az](/upload/news/small/4147280.jpeg)
![“Meqa Sığorta”dan 2,8 milyon manat mənfəət – [red]AKTİVLƏRDƏ VƏ KAPİTALDA ARTIM – HESABAT[/red] | FED.az](/upload/news/small/3168566.jpeg)
![“Meqa Sığorta”dan 2,8 milyon manat mənfəət – [red]AKTİVLƏRDƏ VƏ KAPİTALDA ARTIM – HESABAT[/red] | FED.az](/upload/news/small/86916.jpeg)








