Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi "Karabagh Logistics" MMC-ni cərimələyib.
Kolbasa məhsulları satan “Murad İ m” MMC qanunları pozdu – ARAŞDIRMA BAŞLANDI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, buna səbəb şirkətin istehlakçı ilə bağlanmış müqavilədə xidmətin dəyəri manatla göstərməməsi olub.
Bu hal “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinin pozulması halı kimi qiymətləndirilib.
Şirkət ölkə ərazisində satılan malların (işlərin, xidmətlərin) qiymətlərinin manatla göstərilməməsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 445.2. maddəsinə uyğun olaraq cəzalandırılıb.
İnzibati Xətalar Məcəlləsinin 445.2. maddəsinə görə, ölkə ərazisində satılan malların (işlərin, xidmətlərin) qiymətlərinin manatla göstərilməməsinə görə 1 100 manatdan – 1 650 manatadək məbləğdə cərimə edilir.













