Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” PHŞ (VÖEN: 1300300711) tender elan edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tender çərçivəsində Xocalı rayonunun Mehdibəyli, Almalı və Kosalar kəndlərinin su təchizatının tikintisi nəzərdə tutulur. Tenderin ehtimal olunan qiyməti 7 milyon 329 min 157 manatdır.
Tenderdə iştirak haqqı 1 500 manat, istifadə haqqı 25 manatdır.
Əlaqələndirici şəxs: Yusif Hüseynov / Planlama və Satınalmaların Təşkili şöbəsi baş məsləhətçi-şöbə müdirinin müavini / [email protected] / +994 55 225 12 31














