Azərbaycanda həyat sığortası bazarının aktiv iştirakçısı olan “Meqa Həyat Sığorta” ASC-nin bu ilin üçüncü rübünə olan maliyyə vəziyyəti açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında şirkətin gəlirləri 18,5 milyon manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 milyon manat və ya 46,8% daha çoxdur.
Gəlirlərdə əsas əməliyyat xərcləri xüsusi diqqət çəkir. Belə ki, şirkətin əsas əməliyyat gəlirləri 9 ayda 18,5 milyon manata bərabər olub. Bundan başqa, investisiya gəlirləri 2,4 milyon manat, digər gəlirlər 18,1 min manat təşkil edib. Xalis sığorta ehtoyatlarının dəyişməsindən qeydə alınan 6,9 milyon manatlıq fərq şirkətin ümumi gəlirlərinin 18,5 manat olması ilə nəticələnib.
Hesabat dövründə şirkətin xərclərində də artımlar olub. Beləliklə, şirkətin 9 ayda xərcləri 14,2 milyon manat olub ki, bu da, illik müqayisədə 4,7 milyon manat (49,7%) çoxdur. Xərclərin böyük hissəsi – 9,1 milyon manatı əsas əməliyyat xərclərinə, 5,1 milyon manatı işlərin aparılması xərclərinə sərf olunub.
2026-cı ilin üçüncü rübünün sonunda “Meqa Həyat Sığorta” ASC-nin cəmi aktivləri 45,9 milyon manata bərabər olub. Bu, ilin əvvəlindən bəri 10 milyon manatlıq (27,9%) artım deməkdir. Aktivlərdə pul vəsaitləri və onlarrn ekvivalentləri 865,9 min manata, investisiya aktivləri 40,7 milyon manata, debitor borcları 2,7 milyon manata bərabər olub.
Hesabat dövrünün sonunda şirkətin öhdəliklərinin cəmi 27,7 milyon manat olmaqla, son 9 ayda 8 milyon manat (40,6%) artıb. Öhdəliklərin 22,8 milyon manatını sığorta ehtiyatları, 2,2 milyon manatını kreditor borcları, 2,7 milyon manatını digər öhdəliklər tutub.
Nəticə olaraq, bu ilin ilk 9 ayının sonunda “Meqa Həyat Sığorta” ASC-nin cəmi kapitalı 18,1 milyon manata yüksəlib. Bu, ilin əvvəlinə nəzərən 1,9 milyon manat (11,7%) daha çoxdur. Kapitalın 11 milyon manatı nizamnamə kapitalının, 7,1 milyon manatı bölüşdürülməmiş mənfəətin payına düşür.










![“Meqa Həyat Sığorta” böyüməkdə davam edir – [red]ŞİRKƏTİN MƏNFƏƏTİ ARTIR - HESABAT[/red] | FED.az](/upload/news/small/3155219.png)
![“Meqa Həyat Sığorta” böyüməkdə davam edir – [red]ŞİRKƏTİN MƏNFƏƏTİ ARTIR - HESABAT[/red] | FED.az](/upload/news/small/1074715.jpeg)
![“Meqa Həyat Sığorta” böyüməkdə davam edir – [red]ŞİRKƏTİN MƏNFƏƏTİ ARTIR - HESABAT[/red] | FED.az](/upload/news/small/2586716.jpeg)
![“Meqa Həyat Sığorta” böyüməkdə davam edir – [red]ŞİRKƏTİN MƏNFƏƏTİ ARTIR - HESABAT[/red] | FED.az](/upload/news/small/1013980.jpeg)








