“Azərxalça” ASC (VÖEN: 1503323631) tender elan edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tender çərçivəsində 2026-cı ilin maliyyə hesabatlarının auditi xidmətinin satın alınması nəzərdə tutulur.
Tenderin ehtimal olunan qiyməti 13 min 963 manat təşkil edir.
Tenderdə iştirak haqqı 28 manat, istifadə haqqı 25 manatdır.
Əlaqələndirici şəxslər: Fateh Əliyev / Satınalma şöbəsinin rəisi / [email protected] / +994 12 585 13 33; Aybəniz Salamova / Satınalma üzrə baş mütəxəssis / [email protected] / +994 12 585 13 33














