“A-Qroup Sığorta Şirkəti” ASC bu ilin üçüncü rübü üzrə maliyyə vəziyyətini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında şirkətin gəlirləri 16,8 milyon manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 697 min manat və ya (4,3%) çoxdur.
Gəlirlərin – 11,7 milyon manatı əməliyyat gəlirlərinin, 950,1 min manatı investisiya gəlirlərinin, 3,9 milyon manatı sığorta ehtiyatlarının dəyişməsinin, 234,7 min manatı digər gəlirlərin hesabına formalaşıb.
Hesabat dövründə şirkətin xərcləri 15,5 milyon manat olmaqla, illik müqayisədə 1,1 milyon manat (7,6%) artıb. Əsas əməliyyat xərcləri 11,4 milyon manata, işlərin aparılması xərcləri 4,1 milyon manata, digər xərclər 10 min manata bərabər olub.
Nəticə olaraq, bu ilin ilk 9 ayında “A-Qroup Sığorta Şirkəti” ASC 1 milyon 269,4 min manat xalis mənfəət açıqlayıb.
2026-cı ilin üçüncü rübünün sonunda “A-Qroup Sığorta Şirkəti”nin cəmi aktivləri 25,6 milyon manat olub. Aktivlərin 1,3 milyon manatı pul vəasitləri və onların ekvivalentlərinin, 19,7 milyon manatı investisiya aktivlərinin, 3,2 milyon manatı debitor borclarının payına düşüb.
Hesabat dövrünün sonunda şirkətin cəmi öhdəlikləri 10,8 milyon manat olub. Bu, ilin əvvəlindən bəri 5,1 milyon manatlıq (32,1%) azalma deməkdir. Sığorta ehtiyatlarının həcmi 9,8 milyon manat, kreditor borcları 1 milyon manat təşkil edib.
Yekunda, “A-Qroup Sığorta Şirkəti” ASC-nin 2026-cı ilin üçüncü rübünün sonunda cəmi kapitalı 14,8 milyon manata bərabər olub. Bu da, ilin əvvəlinə nəzərən 240 min manat və ya 1,6% çoxdur. Kapitalın 10 milyon manatı nizamnamə kapitalının, 3,5 milyon manatı kapital ehtiyatlarının, 1,3 milyon manatı bölüşdürülməmiş mənfəətin payına düşür.











![“A-Qroup Sığorta”nın öhdəlikləri azalıb, kapitalı artıb – [red]ŞİRKƏT MƏNFƏƏTDƏDİR - HESABAT[/red] | FED.az](/upload/news/small/3784258.jpg)
![“A-Qroup Sığorta”nın öhdəlikləri azalıb, kapitalı artıb – [red]ŞİRKƏT MƏNFƏƏTDƏDİR - HESABAT[/red] | FED.az](/upload/news/small/4857983.jpeg)
![“A-Qroup Sığorta”nın öhdəlikləri azalıb, kapitalı artıb – [red]ŞİRKƏT MƏNFƏƏTDƏDİR - HESABAT[/red] | FED.az](/upload/news/small/4156423.jpeg)
![“A-Qroup Sığorta”nın öhdəlikləri azalıb, kapitalı artıb – [red]ŞİRKƏT MƏNFƏƏTDƏDİR - HESABAT[/red] | FED.az](/upload/news/small/4744736.jpeg)
![“A-Qroup Sığorta”nın öhdəlikləri azalıb, kapitalı artıb – [red]ŞİRKƏT MƏNFƏƏTDƏDİR - HESABAT[/red] | FED.az](/upload/news/small/4113495.jpeg)








