“Qala Sığorta” ASC-nin bu ilin üçüncü rübünə olan maliyyə vəziyyəti açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında şirkətin gəlirləri 55,6 milyon manat, xərcləri 67,4 milyon manat təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə şirkətin gəlirləri 11,8 milyon manat (17,5%), xərcləri 4,4 milyon manat (8,4%) azalıb.
Gəlirlərin – 53,7 milyon manatı əsas əməliyyat gəlirlərinin, 3,5 milyon manatı investisiya gəlirlərinin, 393,4 min manatı digər gəlirlərin payına düşüb. Xalis sığorta ehtiyatlarının dəyişməsi şirkəti 2 milyon manat zərərə salıb.
Xərclərin – 32,3 milyon manatı əməliyyat xərclərinə, 16,4 milyon manatı işlərin aparılması xərclərinə, 605,5 min manatı digər xərclərə sərf olunub.
Hesabat dövründə ASC-nin maliyyə mənfəəti 6,3 milyon manat, mənfəət vergisi xərci 1,3 milyon manat olub. Yekunda şirkətin xalis mənfəəti 5,1 milyon manat təşkil edib ki, bu da, 2025-ci ilin eyni dövrünə nəzərən 5,9 milyon manat və ya 2,2 dəfə daha azdır.
2026-cı ilin üçüncü rübünün sonunda “Qala Sığorta” ASC-nin cəmi aktivləri 97 milyon manata bərabər olub. Aktivlərin 10,5 milyon manatı pul vəsaitləri və onların ekvivalentlərinin, 63,7 milyon manatı investisiya aktivlərinin, 8 milyon manatı debitor borclarının, 1,1 milyon manatı torpaq, tikili və avadanlıqların payına düşüb.
Bəhs olunan dövrün sonunda sığorta şirkətinin öhdəliklərinin həcmi 70,7 milyon manat olmaqla, son 9 ayda 10,1 milyon manat (16,7%) artıb. Öhdəliklərdə - sığorta ehtiyatları 58,9 milyon manat, kreditor borcları 10,3 milyon manat, digər öhdəliklər 1,5 milyon manat paya sahib olub.
Yekunda, 2026-cı ilin üçüncü rübünün sonunda “Qala Sığorta” ASC-nin cəmi kapitalı 26,3 milyon manat olub. Bu, ilin əvvəlinə nəzərən 2,9 milyon manat (9,9%) daha azdır. Kapitalın 10 milyon manatı nizamnamə kapitalının, 16,3 milyon manatı bölüşdürülməmiş mənfəətin payına düşüb.







![“Qala Sığorta”nın qazancı azalır, borc yükü böyüyür - [red]RƏSMİ HESABATI[/red] | FED.az](/upload/news/small/267359.jpeg)
![“Qala Sığorta”nın qazancı azalır, borc yükü böyüyür - [red]RƏSMİ HESABATI[/red] | FED.az](/upload/news/small/999968.jpeg)
![“Qala Sığorta”nın qazancı azalır, borc yükü böyüyür - [red]RƏSMİ HESABATI[/red] | FED.az](/upload/news/small/319819.jpeg)
![“Qala Sığorta”nın qazancı azalır, borc yükü böyüyür - [red]RƏSMİ HESABATI[/red] | FED.az](/upload/news/small/216677.jpeg)
![“Qala Sığorta”nın qazancı azalır, borc yükü böyüyür - [red]RƏSMİ HESABATI[/red] | FED.az](/upload/news/small/1703689.png)








