“Xalq Həyat Sığorta” ASC-nin bu ilin üçüncü rübü üzrə maliyyə vəziyyəti məlum olub.
“Xalq Sığorta”dan 9 ayda 5,7 milyon mənfəət – GÖSTƏRİCİLƏRDƏ ARTIM - HESABAT
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında şirkətin gəlirləri 11,7 milyon manat, xərcləri 9,3 milyon manat olub.
2025-ci ilin eyni dövrü ilə müqayisədə şirkətin gəlirləri 1,5 milyon manat (14,7%), xərcləri 1,2 milyon manat (14,8%) artıb.
Gəlirlərin böyük hissəsini təşkil edən əməliyyat gəlirləri 9,8 milyon manat təşkil edib. Bundan başqa, investiya gəlirləri 1,6 milyon manat, xalis sığorta ehtiyatlarının dəyişməsindən gələn gəlirlər 135,6 min manat, digər gəlirlər 128,3 min manat olub.
Əsas əməliyyat xərcləri şirkətin xərclərinin əsasını tutub – 5,3 milyon manat. İşlrəin aparılmasına 4 milyon manat sərf edilib.
Hesabat dövründə şirkətin maliyyə mənfəəti 2,4 milyon manat, mənfəət vergisi xərci 287,5 min manat təşkil edib. Nəticədə şirkət 9 ayı 2,1 milyon manat xalis mənfəətlə bağlayıb. Şirkətin xalis mənfəəti illik müqayisədə 201,5 min manat (10,4%) artıb.
2026-cı ilin üçüncü rübünün sonunda “Xalq Həyat Sığorta”nın aktivlərinin cəmi 31,1 milyon manat olub. Aktivlərdə pul vasaitləri və onların ekvivalentləri 1,3 milyon manat, investsiya aktivləri 27 milyon manat, debitor borcları 1,8 milyon manat, torpaq, tikili və avadanlıqlar 682,4 min manat yer tutub.
Hesabat dövründə şirkətin cəmi öhdəlikləri 13,9 milyon manat olmaqla, ilin əvvəlinə nəzərən 91 min manat (0,7%) azalıb. Öhdəliklərin 10,5 milyon manatı sığorta ehtiyatlarının, 986,1 manatı kreditor borclarının, 2,4 milyon manatı digər öhdəliklərin payına düşüb.
Yekun olaraq, bu ilin üçüncü rübünün sonunda “Xalq Həyat Sığorta” ASC-nin cəmi kapitalı 17,1 milyon manat təşkil edib. Kapitalın 15 milyon manatı nizamnamə kapitalının, 2,1 milyon manatı bölüşdürülməmiş mənfəətin payına düşüb.











![“Xalq Həyat Sığorta”da müsbət dinamika davam edir – [red]MƏNFƏƏT ARTIR – HESABAT[/red] | FED.az](/upload/news/small/3941932.jpg)
![“Xalq Həyat Sığorta”da müsbət dinamika davam edir – [red]MƏNFƏƏT ARTIR – HESABAT[/red] | FED.az](/upload/news/small/1148548.jpeg)
![“Xalq Həyat Sığorta”da müsbət dinamika davam edir – [red]MƏNFƏƏT ARTIR – HESABAT[/red] | FED.az](/upload/news/small/3938645.jpeg)
![“Xalq Həyat Sığorta”da müsbət dinamika davam edir – [red]MƏNFƏƏT ARTIR – HESABAT[/red] | FED.az](/upload/news/small/251593.jpeg)
![“Xalq Həyat Sığorta”da müsbət dinamika davam edir – [red]MƏNFƏƏT ARTIR – HESABAT[/red] | FED.az](/upload/news/small/476871.jpeg)








