25 noyabr 2026-cı il tarixində “Bank VTB (Azərbaycan)” ASC-nin səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçiriləcəkdir.
FED.az xəbər verir ki, yığıncaq saat 12:00-da Bakı şəhəri, AZ1008, Xətai prospekti, 38 ünvanında baş tutacaq.
İclasın gündəliyində aşağıdakı məsələlərə baxılacaq:
- “Bank VTB (Azərbaycan)” ASC-nin səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının katibinin seçilməsi haqqında.
- “Bank VTB (Azərbaycan)” ASC-nin 2025-ci ilin yekunları üzrə mənfəətinin bölüşdürülməsi və dividendlərin ödənilməsi haqqında.















