“İpək Yolu Sığorta” ASC bu ilin üçüncü rübü üzrə maliyyə vəziyyətini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında şirkətin gəlirləri 9,1 milyon manat, xərcləri 8,2 milyon manat olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə gəlirlər 3,4 milyon manat (59,6%), xərclər 3,1 milyon manat (60,8%) artıb.
Gəlirlərdə - əsas əməliyyat gəlirləri 8,3 milyon manat, investisiya gəlirləri 806,2 min manat, digər gəlirlər 225,2 min manat təşkil edib.
Xərclərin isə 6,7 milyon manatı əməliyyat xərclərinin, 1,5 milyon manatı işlərin aparılması xərclərinin payına düşüb.
Hesabat dövründə şirkətin maliyyə mənfəəti 928,7 min manat, mənfəət vergisi ödənişi 185,7 min manat təşkil edib. Yekunda şirkətin xalis mənfəəti illik müqayisədə 256,8 min manat (52,8%) artaraq 742,9 min manata çatıb.
Bu ilin üçüncü rübünün sonunda “İpək Yolu Sığorta” ASC-nin cəmi aktivləri 23,5 milyon manat olub. Bu, ilin əvvəlindən bəri 852 min manat (3,8%) daha çoxdur. Şirkətin pul vəsaitləri və onların ekvivalentləri 856,1 min manata, investisiya aktivləri 15,3 milyon manata, debitor borcları 2,5 milyon manata bərabər olub.
Bəhs olunan dövrün sonunda şirkətin cəmi öhdəlikləri 8,4 milyon manat təşkil edib. Bunun 5,5 milyon manatı sığorta ehtiyatlarının, 2,7 milyon manatı kreditor borclarının, 214 min manatı digər öhdəliklərin payına düşüb.
Nəticədə, bu ilin üçüncü rübünün sonunda “İpək Yolu Sığorta” ASC-nin cəmi kapitalı 15,2 milyon manat olub. Kapitalın 14,8 milyon manatı nizamnamə kapitalının, 407 min manatı bölüşdürülməmiş mənfəətin payına düşüb.











![“İpək Yolu Sığorta”nın xalis mənfəəti 50% artıb –[red] GƏLİRLƏRDƏ SIÇRAYIŞ - HESABAT[/red] | FED.az](/upload/news/small/4194043.jpg)
![“İpək Yolu Sığorta”nın xalis mənfəəti 50% artıb –[red] GƏLİRLƏRDƏ SIÇRAYIŞ - HESABAT[/red] | FED.az](/upload/news/small/1398542.jpeg)
![“İpək Yolu Sığorta”nın xalis mənfəəti 50% artıb –[red] GƏLİRLƏRDƏ SIÇRAYIŞ - HESABAT[/red] | FED.az](/upload/news/small/2594953.jpeg)
![“İpək Yolu Sığorta”nın xalis mənfəəti 50% artıb –[red] GƏLİRLƏRDƏ SIÇRAYIŞ - HESABAT[/red] | FED.az](/upload/news/small/218842.jpeg)
![“İpək Yolu Sığorta”nın xalis mənfəəti 50% artıb –[red] GƏLİRLƏRDƏ SIÇRAYIŞ - HESABAT[/red] | FED.az](/upload/news/small/2370569.jpeg)








