Bu ilin üçüncü rübünün sonunda “Azsığorta” ASC-nin mənfəəti 2,7 dəfə azalıb, aktivləri və kapitalı əriyib.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə şirkətin məlumatlarına istinadən xəbər verir.
Beləliklə, bu ilin yanvar-sentyabr aylarında “Azsığorta” ASC-nin gəlirləri 8,9 milyon manat, xərcləri 8,4 milyon manat olub. Ötən ilin eyni dövrü ilə müqayisədə gəlirlər 1,3 milyon manat (12,7%), xərclər 236 min manat (2,7%) azalıb.
Gəlirlərin – 5,9 milyon manatını əməliyyat gəlirləri, 2,1 milyon manatını investisiya gəlirləri, 181,4 min manatını xalis sığorta ehtiyatlarının dəyişməsi, 730 min manatını digər gəlirlər təşkil edib.
Xərclərdə - əməliyyat xərcləri 2,8 milyon manata, işlərin aparılması xərcləri 5,1 milyon manata, digər xərclər 418,8 min manata bərabər olub.
Hesabat dövründə şirkətin mənfəət vergisindən əvvəlki mənfəəti 572,8 min manat, mənfəət vergisi xərci 114,6 min manat təşkil edib. Yekunda şirkət cari ilin ilk 9 ayını 458,2 min manat xalis mənfəətlə bağlayıb. Şirkətin xalis mənfəəti illik müqayisədə 787,5 min manat və ya 2,7 dəfə azalıb.
2026-cı ilin üçüncü rübünün sonunda “Azsığorta” ASC-nin cəmi aktivləri 29,8 milyon manat olub. Bu, ilin əvvəlindən bəri 984 min manat və ya 3,2% daha azdır. Aktivlərdə 1,3 milyon manat pul vəsaitləri və onların ekvivalentlərinin, 24,5 milyon manat investisiya aktivlərinin, 1,9 milyon manat debitor borclarının payına düşüb.
Hesabat dövrünün sonunda şirkətin cəmi öhdəlikləri 10,7 milyon manat olmaqla, cəmi 5 min manat çox olub. Öhdəliklərin 7,8 milyon manatını sığorta ehtiyatları, 494,2 min manatını kreditor borcları, 2,4 milyon manatını digər öhdəliklər tutub.
Cari ilin ilk üçüncü rübünün sonunda “Azsığorta” ASC-nin cəmi kapitalı 19 milyon manata bərabər olub. Kapitalın həcmi ilin əvəlindən bəri 592 min manat (3%) azalıb. Kapitalın 14 milyon manatı nizamnamə kapitalının, 5 milyon manatı ödənilməmiş mənfəətin payına düşüb.











![“Azsığorta” üçün ağır keçən 9 ay - göstəricilər azalır - [red]ŞİRKƏTDƏ NƏ BAŞ VERİR?[/red] | FED.az](/upload/news/small/1517055.jpg)
![“Azsığorta” üçün ağır keçən 9 ay - göstəricilər azalır - [red]ŞİRKƏTDƏ NƏ BAŞ VERİR?[/red] | FED.az](/upload/news/small/1885100.jpeg)
![“Azsığorta” üçün ağır keçən 9 ay - göstəricilər azalır - [red]ŞİRKƏTDƏ NƏ BAŞ VERİR?[/red] | FED.az](/upload/news/small/2453890.jpeg)
![“Azsığorta” üçün ağır keçən 9 ay - göstəricilər azalır - [red]ŞİRKƏTDƏ NƏ BAŞ VERİR?[/red] | FED.az](/upload/news/small/963820.jpeg)
![“Azsığorta” üçün ağır keçən 9 ay - göstəricilər azalır - [red]ŞİRKƏTDƏ NƏ BAŞ VERİR?[/red] | FED.az](/upload/news/small/4672341.jpeg)
![“Azsığorta” üçün ağır keçən 9 ay - göstəricilər azalır - [red]ŞİRKƏTDƏ NƏ BAŞ VERİR?[/red] | FED.az](/upload/news/small/2127837.png)








