İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən keçirilən hərracda 9 nəqliyyat vasitəsi satılıb.
“Ekol” 12 avtomobilini 25% endirimlə təkrar hərraca çıxarır - SİYAHI, QİYMƏTLƏR
ƏMDX-dən FED.az-a bildirilib ki, hərracda start qiyməti 3800 manat olan “Volkswagen Passat” markalı avtomobil 4700 manata, ilkin qiyməti 1900 manat olan “Chevrolet Niva” markalı avtomobil isə 3019 manata satılıb.
Qeyd edək ki, cari ay ərzində nəqliyyat vasitələri üzrə növbəti hərrac 27 oktyabr tarixində keçiriləcək.
Bakı şəhəri üzrə 20 oktyabr 2026-cı il tarixində keçirilmiş hərracda satılan nəqliyyat vasitələrinin siyahısı
| № | Balanssaxlayıcı təşkilatın adı | Avtonəqliyyat vasitəsinin markası | Dövlət nömrə nişanı | Buraxılış ili | Hərraca çıxarılan ilkin satış qiyməti (manat) | Yekun satış qiyməti (manat) | Protokol №-si və tarixi |
| 1 | Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları | QAZ 3110 minik | 10 PF 512 | 2000 | 1400 | 1400 | 33/26 17.09.2026 |
| 2 | Azərbaycan Respublikası Saatlı Rayon İcra Hakimiyyəti | QAZ 31105 120 minik | 49 AA 006 | 2005 | 2700 | 2700 | 33/26 17.09.2026 |
| 3 | Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi | QAZ 2410 minik | 25 AC 272 | 1992 | 500 | 730 | 33/26 17.09.2026 |
| 4 | Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi" publik hüquqi şəxsi | VAZ-21074 xüsusi təlim | 10 AX 378 | 2000 | 550 | 550 | 33/26 17.09.2026 |
| 5 | Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi | CHEVROLET NIVA 2123 minik | 77 PU 618 | 2007 | 1900 | 3019 | 33/26 17.09.2026 |
| 6 | Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası | HYUNDAI EQUUS minik | 90 AD 003 | 2014 | 12000 | 12000 | 33/26 17.09.2026 |
| 7 | Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi | VOLKSWAGEN PASSAT minik | 90 PG 240 | 2010 | 3800 | 4700 | 33/26 17.09.2026 |
| 8 | Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi | VAZ-21213 minik | 60 AA 084 | 1997 | 1650 | 1736,5 | 33/26 17.09.2026 |
| 9 | Azərbaycan Respublikasının Baş Prokurorluğu | VOLKSWAGEN PASSAT CC minik | 10 AZ 113 | 2010 | 5625 | 5625 | 33/26 17.09.2026 |













