Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC (VÖEN: 1702563281) tender elan edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tender çərçivəsində "Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi 4 ünvanında yerləşən 3 mərtəbəli tarixi yaşayış binasının əsaslı təmiri"nin satın alınması nəzərdə tutulur. Tenderin ehtimal olunan qiyməti 2 milyon 795 min 654 manatdır.
Tenderdə iştirak haqqı 1 000 manat, istifadə haqqı 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Xələf Şıxəliyev / mühəndis / [email protected] / +994 50 612 15 27














