“Qala Həyat Sığorta Şirkəti” ASC bu ilin üçüncü rübü üzrə maliyyə vəziyyətini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında şirkətin gəlirləri 29 milyon manat, xərcləri 16,4 milyon manat olub.
Şirkətin əməliyyat gəlirlərindən daha çox - 30,8 milyon manat qazansa da, xalis sığorta ehtiyatlarının dəyşilməsindən gələn 4,2 milyon manatlıq zərər gəlirlərin azalmasına səbəb olub. Bundan başqa, investisiya gəlirləri 2,3 milyon manat, digər gəlirlər 63,5 min manat təşkil edib.
Hesabat dövründə şirkətin xərclərinin 4,3 milyon manatı əməliyyat xərclərinin, 12,1 milyon manatı işlərin aparılması xərclərinin, 15 min manatı digər xərclərin payına düşüb.
Son doqquz ayda 12,6 milyon manat mənfəət əldə edən şirkət 2,5 milyon manat vergi ödəyib. Yekunda şirkətin xalis mənfəəti 10,1 milyon manata bərabər olub.
Hesabat dövrünün sonunda şirkətin aktivlərinin həcmi 56 milyon manat olmaqla, ilin əvvəlindən bəri 352 min manat (0,6%) azalıb. Aktivlərin 9,4 milyon manatı pul vasaitləri və onların ekvivalentlərinin, 37,4 milyon manatı investisiya aktivlərinin, 2,7 milyon manatı debitor borclarının, 1,4 milyon manatı torpaq, tikili və avadanlıqların payına düşüb.
Cari ilin ilk 9 ayının sonunda “Qala Həyat Sığorta Şirkəti” ASC -nin cəmi öhdəlikləri 24,3 milyon manat olub. Bu, son 9 ayda 1,5 milyon manatlıq (6,6%) artım deməkdir. Öhəliklərdə sığorta ehtiyatları 18,4 milyon manat, kreditor borcları 5,9 milyon manat, digər öhdəliklər 45,2 min manat yer tutub.
Nəticə olaraq, cari ilin ilk üç rübünün yekununda “Qala Həyat Sığorta Şirkəti”nin cəmi kapitalı 31,8 milyon manat olub. Kapitalın 13 milyon manatı nizamnamə kapitalının, 5,5 milyon manatı kapital ehtiyatlarının, 16,2 milyon manatı bölüşdürülməmiş mənfəətin payına düşüb.
Hesabat dövründə şirkətin maliyyə mənfəəti 928,7 min manat, mənfəət vergisi ödənişi 185,7 min manat təşkil edib. Yekunda şirkətin xalis mənfəəti illik müqayisədə 256,8 min manat (52,8%) artaraq 742,9 min manata çatıb.
Bu ilin üçüncü rübünün sonunda “İpək Yolu Sığorta” ASC-nin cəmi aktivləri 23,5 milyon manat olub. Bu, ilin əvvəlindən bəri 852 min manat (3,8%) daha çoxdur. Şirkətin pul vəsaitləri və onların ekvivalentləri 856,1 min manata, investisiya aktivləri 15,3 milyon manata, debitor borcları 2,5 milyon manata bərabər olub.
Bəhs olunan dövrün sonunda şirkətin cəmi öhdəlikləri 8,4 milyon manat təşkil edib. Bunun 5,5 milyon manatı sığorta ehtiyatlarının, 2,7 milyon manatı kreditor borclarının, 214 min manatı digər öhdəliklərin payına düşüb.
Nəticədə, bu ilin üçüncü rübünün sonunda “İpək Yolu Sığorta” ASC-nin cəmi kapitalı 15,2 milyon manat olub. Kapitalın 14,8 milyon manatı nizamnamə kapitalının, 407 min manatı bölüşdürülməmiş mənfəətin payına düşüb.











![“Qala Həyat Sığorta”nın aktivləri azalıb, öhdəlikləri artıb -[red] HESABAT[/red] | FED.az](/upload/news/small/489545.png)
![“Qala Həyat Sığorta”nın aktivləri azalıb, öhdəlikləri artıb -[red] HESABAT[/red] | FED.az](/upload/news/small/4892865.jpeg)
![“Qala Həyat Sığorta”nın aktivləri azalıb, öhdəlikləri artıb -[red] HESABAT[/red] | FED.az](/upload/news/small/1913623.jpeg)
![“Qala Həyat Sığorta”nın aktivləri azalıb, öhdəlikləri artıb -[red] HESABAT[/red] | FED.az](/upload/news/small/2612222.jpeg)
![“Qala Həyat Sığorta”nın aktivləri azalıb, öhdəlikləri artıb -[red] HESABAT[/red] | FED.az](/upload/news/small/2811511.jpeg)








