İstehlakçı hüquqlarının müdafiəsi sahəsində aparılan dövlət nəzarəti tədbirləri çərçivəsində "Grand-Mart" MMC-nin fəaliyyətində qanun pozuntusu müəyyən edilib.
Kolbasa məhsulları satan “Murad İ m” MMC qanunları pozdu – ARAŞDIRMA BAŞLANDI
FED.az xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri nəticəsində market şəbəkəsində qida məhsulunun üzərində göstərilmiş qiymətdən daha yüksək məbləğə satılması faktı aşkarlanıb. Bu hal istehlakçının malın hesabına dair az miqdarda aldadılması kimi qiymətləndirilib.
Araşdırmalar nəticəsində şirkət barəsində 17.09.2026-cı il tarixində inzibati xəta protokolu tərtib olunub və məsələ “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 13-cü maddəsinin birinci bəndinə, habelə İnzibati Xətalar Məcəlləsinin 447.0.1. maddəsinə uyğun olaraq hüquqi qiymət alıb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 447.0.1. maddəsinə görə İstehlakçıların hüquqlarının pozulmasına, yəni mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək məbləğdə, hüquqi şəxslər 4 000 manatdan 6 000 manatadək məbləğdə cərimə edilir.














