Azərbaycanın ən iri sığorta şirkətlərindən olan “PAŞA Sığorta” ASC-nin bu ilin üçüncü rübünə olan maliyyə vəziyyəti açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında şirkətin gəlirləri 294,7 milyon manat olub. Bu, ötən ilin eyni dövrünə nəzərən 42,4 milyon manat və ya 16,8% çoxdur.
Əsas əməliyyat gəlirləri 310,2 milyon manat, investisiya gəlirləri 19,3 milyon manat, digər gəlirlər 2 milyon manat təşkil edib. Xalis sığorta ehtiyatlarının dəyişməsi şirkətə 36,8 milyon manata başa gəlib.
Hesabat dövründə şirkətin xərclərinin həcmi illik müqayisədə 44,8 milyon manat (20,1%) artaraq 267,4 milyon manata yüksəlib.
Əsas əməliyyat xərcləri 206,9 milyon manat, işlərin aparılması xərcləri 59,7 milyon manat, digər xərclər 726,8 min manat təşkil edib.
Bəhs olunan dövrdə şirkətin maliyyə mənfəəti 27,4 milyon manat, mənfəət vergisi ödənişi 5,5 milyon manat olub. Yekunda “PAŞA Sığorta” ASC-nin bu ilin üç rübünü 21,9 milyon manat xalis mənfəətlə bağlayıb.
2026-cı ilin üçüncü rübünün sonunda “PAŞA Sığorta” ASC-nin cəmi aktivləri 539,9 milyon manata bərabər olub. Bu, ilin əvvəlindən bəri 155,5 milyon manat (40,4%) çoxdur.
Aktivlərin 14,8 milyon manatını pul vəsaitləri və onların ekvivalentləri, 294,1 milyon manatını investisiya aktivləri, 63,8 milyon manatını debitor borcları, 5,9 milyon manatını torpaq, tikili və avadanlıqlar tutub.
Hesabat dövrünün sonunda şirkətin cəmi öhdəlikləri 433,9 milyon manat olmaqla, son 9 ayda 146 milyon manat (50,7%) artıb.
Öhdəliklərdə sığorta ehtiyatları 365,6 milyon manat, kreditor borcları 50,4 milyon manat, digər öhdəliklər 17,9 milyon manat yer tutub.
Nəticə olaraq, “PAŞA Sığorta” ASC-nin bu ilin üçüncü rübünün sonunda cəmi kapitalı 106 milyon manat olub. Bu, ilin əvvəlindən bəri 9,6 milyon manatlıq (10%) artım deməkdir. Kapitalın 50 milyon manatı nizamnamə kapitalının, 56 milyon manatı bölüşdürülməmiş mənfəətin payına düşür.











![“PAŞA Sığorta”dan 155 milyonluq böyümə - [red]22 MİLYON MƏNFƏƏT - HESABAT[/red] | FED.az](/upload/news/small/1214610.jpg)
![“PAŞA Sığorta”dan 155 milyonluq böyümə - [red]22 MİLYON MƏNFƏƏT - HESABAT[/red] | FED.az](/upload/news/small/4643392.jpeg)
![“PAŞA Sığorta”dan 155 milyonluq böyümə - [red]22 MİLYON MƏNFƏƏT - HESABAT[/red] | FED.az](/upload/news/small/791513.jpeg)
![“PAŞA Sığorta”dan 155 milyonluq böyümə - [red]22 MİLYON MƏNFƏƏT - HESABAT[/red] | FED.az](/upload/news/small/527325.jpeg)
![“PAŞA Sığorta”dan 155 milyonluq böyümə - [red]22 MİLYON MƏNFƏƏT - HESABAT[/red] | FED.az](/upload/news/small/495342.jpeg)








