“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” (AYNA) (VÖEN: 1506095421)
“Az Softvare System” MMC (VÖEN: 1304395731) ilə satınalma müqaviləsi imzalayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, müqavilə çərçivəsində “AYNA”-nın fəaliyyət istiqamətləri üzrə mövcud informasiya sistemlərinin təkmilləşdirilməsi və texniki dəstək xidmətinin göstərilməsi nəzərdə tutulur. Tərəflər arasında imzalanmış müqavilənin dəyəri 13 milyon 399 min 84 manat təşkil edir.
Qeyd edək ki, “Az Softvare System” MMC 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 15 min manat olan şirkətin qanuni təmsilçisi Qasımlı Anar Valeh oğludur. Şirkət Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları, ev.117c, Ritz Plaza, m.6-cı mərtəbə hüquqi ünvanında yerləşir.














