“Azərbaycan Sənaye Sığorta” ASC 2026-cı ilin üçüncü rübünə olan maliyyə vəziyyətini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında şirkətin gəlirləri 26,9 milyon manat, xərcləri 25,9 milyon manat olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə şirkətin gəlirləri 5,9 milyon manat (28,1%), xərcləri 3,4 milyon manat (15,1%) artıb.
Gəlirlərin 20,1 milyon manatı əsas əməliyyat gəlirlərinin, 2 milyon manatı investisiya gəlirlərinin, 4 milyon manatı xalis sığorta ehtyatlarının dəyişməsinin, 400,7 min manatı subroqasiya gəlirlərinin, 361,6 min manatı digər gəlirlərin payına düşüb.
Xərclərin 17,9 milyon manatı əməliyyat xərclərinin, 8 milyon manatı işlərin aparılması xərclərinin payına düşür.
Hesabat dövründə şirkətin maliyyə mənfəəti 961,1 min manat, mənfəət vergisi xərci 192,2 min manat olub. Yekunda 9 ayda 768,9 min manat xalis mənfəət qeydə alınıb ki, bu da, illik müqayisədə 3 dəfə və ya 2,3 milyon manat daha çoxdur. Belə ki, 2025-ci ilin ilk 9 ayında şirkət 1,5 milyon manat xərər etmişdi.
2026-cı ilin ilk üç rübünün sonunda “Azərbaycan Sənaye Sığorta”nın cəmi aktivləri 32,9 milyon manat olub. Aktivlərin 600,9 min manatı pul vəsaitləri və onların ekvivalentlərinin, 26,6 milyon manatı investisiya aktivlərinin, 2 milyon manatı debitor borclarının, 434,9 min manatı torpaq, tikili və avadanlıqların payına düşüb.
Hesabat dövrünün sonunda şirkətin öhdəliklərinin həcmi 22,6 milyon manat olub. Öhdəliklərdə sığorta ehtiyatları 19,6 milyon manat, kreditor borcları 2 milyon manat, digər öhdəliklər 944,4 min manat yer tutub.
Yekun olaraq, 2026-cı ilin üçüncü rübünün sonunda “Azərbaycan Sənaye Sığorta”nın cəmi kapitalı 10,4 milyon manat olub. Cəmi kapital illik müqayisədə 763 min manat (8%) artıb. Kapitalın 11 milyon manatı nizamnamə kapitalının 643 min manatı ödənilməmiş zərərin payına düşüb. Halbuki ötən ilin eyni dövründə ödənilməmiş zərər 1,4 milyon manat idi.











![“Azərbaycan Sənaye Sığorta” xalis mənfəətini –[red] 3 DƏFƏ ARTIRIB - HESABAT[/red] | FED.az](/upload/news/small/3961051.png)
![“Azərbaycan Sənaye Sığorta” xalis mənfəətini –[red] 3 DƏFƏ ARTIRIB - HESABAT[/red] | FED.az](/upload/news/small/4291998.jpeg)
![“Azərbaycan Sənaye Sığorta” xalis mənfəətini –[red] 3 DƏFƏ ARTIRIB - HESABAT[/red] | FED.az](/upload/news/small/2563896.jpeg)
![“Azərbaycan Sənaye Sığorta” xalis mənfəətini –[red] 3 DƏFƏ ARTIRIB - HESABAT[/red] | FED.az](/upload/news/small/1650439.jpeg)
![“Azərbaycan Sənaye Sığorta” xalis mənfəətini –[red] 3 DƏFƏ ARTIRIB - HESABAT[/red] | FED.az](/upload/news/small/1822760.jpeg)








