“Xalq Sığorta” ASC 2026-cı ilin ilk üç rübündə gəlirlərini artıb, şirkət böyüyüb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında şirkətin gəlirləri 27,9 milyon manat, xərcləri 21,4 milyon manat olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə şirkətin gəlirləri 3,5 milyon manat (14,3%), xərcləri 2,5 milyon manat (13,2%) artıb.
Gəlirlərin 22,5 milyon manatı əsas əməliyyat gəlirlərinin, 5,7 milyon manatı investisiya gəlirlərinin, 1,9 milyon manatı xalis sığorta ehtyatlarının dəyişməsinin, 1,6 milyon manatı digər gəlirlərin payına düşüb.
Xərclərin 13 milyon manatı əməliyyat xərclərinin, 8,2 milyon manatı işlərin aparılması xərclərinin, 201,8 min manatı digər xərclərin hesabına formalaşıb.
Hesabat dövründə şirkətin maliyyə mənfəəti 6,5 milyon manat, mənfəət vergisi xərci 786 min manat olub. Yekunda 9 ayda 5,7 milyon manat xalis mənfəət qeydə alınıb ki, bu da, illik müqayisədə 472,8 min manat və ya 9% daha çoxdur.
2026-cı ilin ilk üç rübünün sonunda “Xalq Sığorta”nın cəmi aktivləri 95,5 milyon manat olmaqla, ilin əvvəlindən bəri 2 milyon manat (2,1%) artıb. Aktivlərin 1,5 milyon manatı pul vəsaitləri və onların ekvivalentlərinin, 65,5 milyon manatı investisiya aktivlərinin, 6 milyon manatı debitor borclarının, 16,6 milyon manatı torpaq, tikili və avadanlıqların payına düşüb.
Hesabat dövrünün sonunda şirkətin öhdəliklərinin həcmi 33,7 milyon manat olub. Bu, son 9 ayda 4 milyon manat (14,5%) artıb. Öhdəliklərdə sığorta ehtiyatları 28,5 milyon manat, kreditor borcları 3,4 milyon manat, digər öhdəliklər 1,9 milyon manat yer tutub.
Yekun olaraq, 2026-cı ilin üçüncü rübünün sonunda “Xalq Sığorta”nın cəmi kapitalı 61,8 milyon manat olub. Kapitalın 58,8 milyon manatı nizamnamə kapitalının, 3 milyon manatı bölüşdürülməmiş mənfəətin payına düşüb.











![“Xalq Sığorta”dan 9 ayda 5,7 milyon mənfəət –[red] GÖSTƏRİCİLƏRDƏ ARTIM - HESABAT[/red] | FED.az](/upload/news/small/3021408.png)
![“Xalq Sığorta”dan 9 ayda 5,7 milyon mənfəət –[red] GÖSTƏRİCİLƏRDƏ ARTIM - HESABAT[/red] | FED.az](/upload/news/small/3919821.jpeg)
![“Xalq Sığorta”dan 9 ayda 5,7 milyon mənfəət –[red] GÖSTƏRİCİLƏRDƏ ARTIM - HESABAT[/red] | FED.az](/upload/news/small/1589961.jpeg)
![“Xalq Sığorta”dan 9 ayda 5,7 milyon mənfəət –[red] GÖSTƏRİCİLƏRDƏ ARTIM - HESABAT[/red] | FED.az](/upload/news/small/1409376.jpeg)
![“Xalq Sığorta”dan 9 ayda 5,7 milyon mənfəət –[red] GÖSTƏRİCİLƏRDƏ ARTIM - HESABAT[/red] | FED.az](/upload/news/small/4401350.jpeg)








