Ölkənin ən böyük sığorta şirkət “PAŞA Həyat Sığorta” ASC bu ilin üç rübündə yaxşı işləyib – gəlirlər artıb, mənfəət yüksəlib.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə şirkətin məlumatlarına istinadən xəbər verir.
Beləliklə, bu ilin yanvar-sentyabr aylarında “PAŞA Həyat Sığorta” ASC-nin gəlirləri 651,2 milyon manat, xərcləri 598,9 milyon manat milyon manat olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə şirkətin gəlirləri 123,3 milyon manat (23,4%), xərcləri 122,7 milyon manat (25,7%) daha çox olub.
Gəlirlərin 569,7 milyon manatı əsas əməliyyat gəlirlərinin, 39,7 milyon manatı investisiya gəlirlərinin, 41,7 milyon manatı xalis sığorta ehtiyatlarının dəyişməsinin 64,4 min manatı digər gəlirlərin payına düşüb.
Xərclərdə - əsas əməliyyat xərcləri 553,7 milyon manata, işlərin aparılması xərcləri 45 milyon manata, digər xərclər 170,6 min manata bərabər olub.
Hesabat dövründə şirkətin maliyyə mənfəəti 52,2 milyon manat, mənfəət vergisi xərci 11,1 milyon manat olub. Yekunda, “PAŞA Həyat Sığorta” ASC 9 ayda 41,1 milyon manat xalis mənfəət açıqlayıb. Bu, illik müqayisədə 989,4 min manat (2,5%) daha çoxdur.
2026-cı ilin üçüncü rübünün sonunda “PAŞA Həyat Sığorta” ASC-nin cəmi aktivləri 769,5 milyon manata bərabər olub. Aktivlərin 96,4 milyon manatı pul vəsaitləri və onların ekvivalentlərinin, 604,2 milyon manatı investisiya aktivlərinin, 54,8 milyon manatı debitor borclarının, 4 milyon manatı torpaq, tikili və avadnlıqların payına düşür.
Hesabat dövrünün sonunda şirkətin cəmi öhdəlikləri 646,7 milyon manat olmaqla, ilin əvvəlindən bəri 42,2 milyon manat və ya 6,1% azalıb. Öhdəliklərdə sığorta ehtiyatları 626,8 milyon manat, kreditor borcları 9,3 milyon manat, digər öhdəliklər 10,5 milyon manat yer tutur.
Nəticədə, 2026-cı ilin ilk üç rübünün sonunda “PAŞA Həyat Sığorta” ASC-nin cəmi kapitalı 122,8 milyon manat olub. Kapitalın 40,2 milyon manatı nizamnamə kapitalının, 52,6 milyon manatı bölüşüdürülməmiş mənfəətin payına düşür.











![Ölkənin ən böyük sığorta şirkətindən 41 milyon mənfəət – [red]GƏLİRLƏRDƏ ARTIM - HESABAT[/red] | FED.az](/upload/news/small/1056196.jpg)
![Ölkənin ən böyük sığorta şirkətindən 41 milyon mənfəət – [red]GƏLİRLƏRDƏ ARTIM - HESABAT[/red] | FED.az](/upload/news/small/1276703.jpeg)
![Ölkənin ən böyük sığorta şirkətindən 41 milyon mənfəət – [red]GƏLİRLƏRDƏ ARTIM - HESABAT[/red] | FED.az](/upload/news/small/735772.jpeg)
![Ölkənin ən böyük sığorta şirkətindən 41 milyon mənfəət – [red]GƏLİRLƏRDƏ ARTIM - HESABAT[/red] | FED.az](/upload/news/small/3761040.jpeg)
![Ölkənin ən böyük sığorta şirkətindən 41 milyon mənfəət – [red]GƏLİRLƏRDƏ ARTIM - HESABAT[/red] | FED.az](/upload/news/small/2687073.jpeg)








