Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” (DOST Agentliyi) (VÖEN: 1305817761) tender elan edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tender çərçivəsində “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” MMC-də benefisiarların naharla təmin olunması xidmətinin satın alınması nəzərdə tutulub. 4 min 800 nəfərlik böyüklər üçün, 1 200 nəfərlik uşaqlar üçün yeməyin alınmasına 23 min 205 manat ayrılıb.
Tenderdə iştirak haqqı 46 manat, istifadə haqqı 25 manatdır.
Əlaqələndirici şəxs: Hamlet Nağızadə / Mütəxəssis / [email protected] / +994 12 525 50 26














